Millimizin rəqibləri - Səudiyyə Ərəbistanı, Özbəkistan və Liviya

03:00 Futzal 87
Millimizin rəqibləri - Səudiyyə Ərəbistanı, Özbəkistan və Liviya

“Ər-Riyad 2025” İslam Həmrəyliyi Oyunlarının proqramına daxil edilən futzal yarışının bu gün püşkü atılıb.

Sportinfo.az xəbər verir ki, reqlamentə əsasən iştirakçı 8 komanda hər birində 4 iştirakçı olmaqla 2 qrupa bölünüb.

Azərbaycan millisi A qrupunda Səudiyyə Ərəbistanı, Özbəkistan və Liviya ilə mübarizə aparacaq. B qrupunda isə Mərakeş, Əfqanıstan, Tacikistan və İran yer alıblar.

Qrup mərhələsinin oyunları noyabrın 4-də, 6-da və 8-də olacaq. İlk iki pilləni tutan millilər yarımfinala vəsiqə qazanacaq.

Bu mərhələnin görüşləri noyabrın 9-da baş tutacaq. Qızıl, gümüş və bürünc medalçıların adlarına isə 2 gün sonra – noyabrın 11-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 03:30 "Lənkəran" da qazandı