“Onun bu qərarı mənə qaranlıq qaldı"

18:50 Sabah 257
“Onun bu qərarı mənə qaranlıq qaldı"

"Sabah" Premyer Liqanın 9-cu turunda "Araz-Naxçıvan"la 2:2 hesablı heç-heçə edib.

Sportinfo.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb:

"Çətin oyun idi. Birinci hissədə topa daha çox nəzarət edən tərəf biz idik. Rəqibə heç bir fürsət vermədik. Bəzi epizodlardan yaxşı istifadə edə bilmədik. Hücumları daha yaxşı bitirə bilərdik. İkinci hissənin ilk 5 dəqiqəsi xoşuma gəlmədi. Sanki oyuna yuxulu halda daxil olduq. Mərkəzdə çoxlu top itkiləri oldu. Rəqib bizə böyük təzyiq etmirdi. Qollardan sonra daha açıq oyunun şahidi olduq. Hesabı 3:1 etmək üçün fürsətlərimiz var idi. Matçın sonlarında hakimin verdiyi foul qərarında mənim oyunçuma qarşı qayda pozuntusu olmuşdu. Orada niyə cərimə zərbəsi verdikləri mənə qaranlıq qaldı. Bilmirəm Hakimlər Komitəsinin sədri bu barədə nə deyəcək. Hər oyunda 3:0 hesabı ilə qalib gələ bilmərsən. Bir çox matçlar bərabər səviyyədə keçir. Hakimin son saniyələrdə əleyhimizə verdiyi qərar bizə böyük zərər vurdu".

Digər Xəbərlər
Xəbər Lenti