“Buna hakim səhvləri çox təsir etdi - Komandamdan çox razıyam”

26 Oktyabr 2025 03:40 Basketbol 559
“Buna hakim səhvləri çox təsir etdi - Komandamdan çox razıyam”

“Naxçıvan”ın baş məşqçisi Nikola Bozinoski klubun mətbuat xidmətinə açıqlama verib.

Sportinfo.az xəbər verir ki, mütəxəssis Azərbaycan Basketbol Liqasının 4-cü turunda “Sərhədçi”yə qalib gəldikləri qarşılaşma haqqında (76:69) fikirlərini bölüşüb:

“İlk olaraq, rəqibi təbrik edirəm. Yaxşı mübarizə apardılar.

Birinci hissəni çox yaxşı başa vurduq. İkinci yarıya isə çox pis start verdik.

Düşünürəm ki, buna hakim səhvləri çox təsir etdi. Amma daha sonra öz oyunumuza qayıda bildik.

Ümumilikdə, üçüncü periodu heç də yaxşı keçirmədik və yalnız bu periodda geriyə düşdük. Oyun zamanı yaxşı xaraktet göstərdik.

Yekunda qələbə qazanmağı bacardıq. Komandamdan çox razıyam”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA