"Çelsi"nin hücumçusu sağaldı, "Qarabağ"a qarşı oynayacaq

26 Oktyabr 00:50 İngiltərə 547
"Çelsi"nin hücumçusu sağaldı, "Qarabağ"a qarşı oynayacaq

"Qarabağ"ın Çempionlar Liqasındakı rəqiblərindən olan "Çelsi"nin zədəli futbolçusu Liam Delap sıraya dönüb.

Sportinfo.az xəbər verir ki, bu barədə "zadəganlar"ın baş məşqçisi Enzo Mareska bildirib.

İtaliyalı mütəxəssis 22 yaşlı hücumçunun oktyabrın 29-da "Vulverhempton"ə qarşı Liqa Kuboku matçında oynamaq şansının olduğunu deyib.

Delap avqustun 30-da "Fulhem"lə Premyer Liqa matçının ilk hissəsində zədələnib.

Liam Delap ötən yay "İpsviç Taun"dan 31 milyon funt sterlinq qarşılığında "Çelsi"yə keçib.

"Qarabağ"la "Çelsi" noyabrın 5-də Bakıda üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
5 Dekabr 08:40 Onlardan da PUL ÇIXDI