“Portu”nun hücumçusu Samu Aqehova “Çelsi”nin və “Tottenhem”in diqqət mərkəzinə düşüb.
Sportinfo.az “Teamtalk”-a istinadən xəbər verir ki, hər iki London klubu 21 yaşlı forvardı yaxından izləyir.
Potensial keçid üçün əsas maneə oyunçunun yüksək qiymətidir. Aqehovanın müqaviləsində 100 milyon avroluq transfer maddəsi yer alır və “Portu” rəhbərliyi onu bu məbləğdən ucuz satmaq fikrində deyil.
İspaniyalı futbolçu cari mövsümdə 10 oyunda iştirak edib, 8 qol vurub. O, 2024-cü ilin yayında “Atletiko”dan “Çelsi”yə keçməyə çox yaxın idi, ancaq transfer son anda baş tutmadı.
“Çelsi” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

