Haqqı yeyilən “Sabah” bu qərarlara etiraz etdi - VİDEO

00:40 Sabah 116
Haqqı yeyilən “Sabah” bu qərarlara etiraz etdi - VİDEO

“Sabah” hakimlərin yanlış qərarları səbəbindən bu mövsüm 4 xal itirdiyini düşünür.

Sportinfo.az xəbər verir ki, bu barədə klub sosial media hesabında paylaşımlar edib.

Premyer Liqanın 9-cu turunun “Araz Naxçıvan”a qarşı görüşündə “Sabah” 2 xal itirib (2:2). Naxçıvan təmsilçisi bərabərlik qolunu 90+9-cu dəqiqədə vurub.

“Sabah” hesab edir ki, qol vurulmazdan əvvəl əslində rəqib oyunçu qaydanı pozsa da, baş hakim Rəşad Əhmədov “Araz Naxçıvan”ın lehinə qərar verib. Bu hücum zamanı onlar hesabı bərabərləşdirib və “Sabah” 2 xal itirib.

Paytaxt klubunun daha bir etirazı isə 6-cı turda “Sumqayıt”la oyunla bağlıdır. FİFA referisi Əliyar Ağayevin idarə etdiyi həmin matç 1:1 hesabı ilə yekunlaşıb.

“Sabah” hesab edir ki, bu matçda isə onların təmiz qolu qeydə alınmayıb.

Beləliklə, Masazır klubunun fikrincə, hakim səhvlərinə görə, komanda bu 2 turda 4 xal itirib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 03:30 "Lənkəran" da qazandı