“Eşitdiklərim başqa idi, gördüklərim tam başqa. Yaxşı mənada təəccübləndim”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin yeni transferi İfeanyi Metyu deyib.
Nigeriyalı yarımmüdafiəçinin ölkəmiz və çempionatımızla bağlı təəssüratları zəngin deyilmiş.
Ordan-burdan eşitdiklərinə əsasən Premyer Liqanın səviyyəsinin yüksək olmadığını düşünürmüş. Lakin Azərbaycana gəlib, hər şeyi gözləri ilə görəndən sonra...
Metyunun dilindən eşidək:
“Çempionat oyunlarında aqressivlik və temp yüksəkdir. Azərbaycanda oynaya bilmək üçün fiziki cəhətdən hazır olmalısan, tez qərar verməlisən.
Yəni burada oynamaq heç də kənardan göründüyü qədər asan deyil. Hazır olmasan, şans qazanmayacaqsan.
Açığı, Azərbaycana gəlməmişdən əvvəl təəssüratlarım elə də zəngin deyildi. Eşitmişdim ki, Premyer Liqada sürət yoxdur, oynamaq asandır.
Lakin indi əminliklə deyirəm, Azərbaycan birinciliyinin səviyyəsi yüksəkdir. Mübarizə qızışdıqca gərginlik daha da artacaq”.
28 yaşlı futbolçu karyerası ərzində vətəni Nigeriyada oynayıb, 2016-cı ildən bu yana Norveç, Türkiyə və İsveçrə klublarında legioner həyatı yaşayıb.
HƏBİB

