"Zirə" mövsümdə ilk məğlubiyyətini Masazırda aldı.
"Sabah" "qartallar"a heç bir şans tanımadı - 3:0.
Rəşad Sadıqovun yetirmələrinin sonuncu dəfə belə aciz məğlubiyyətini xatırlamıram.
Təkcə nəticə yox, həm də meydanda sərgilənən futbol qonaqlara yanaşmadı.
Amma belə gündə azarkeşlər futbolçulardan üz çevirmədi.
Final fitindən sonra onları yanlarına səslədilər.
Məyus halda paltardəyişmə otağının yolunu tutan zirəlilər ayaq saxlayıb, geri döndülər.
Az sayda tərəfdarlarının yer aldığı trubunaya tərəf gələrək dəstəyə görə onlara təşəkkür bildirdilər.
Aşağıdakı linkə daxil olaraq həmin anları izləyə bilərsiniz:
XANOĞLAN / SPORTİNFO.AZ

