"Nəriman Axundzadə Azərbaycan futbol tarixinə düşə bilər".
Bu fikirlər tanınmış telejurnalist Ceyhun Rzayevə məxsusdur.
ATV kanalında yayımlanan "Futbolumuz" verlişinin aparıcısı "Qarabağ"ın hücumçusu ilə bağlı şok iddia irəli sürüb.
Qeyd edib ki, Lənkəran doğumlu gənc Çempionlar Liqasında özünü göstərərsə, ən baha qiymətə satılacaq ilk azərbaycanlı futbolçu ola bilər.
Onun rəyinə əsasən, Nərimanın belə bir perspektivi var və üzərində çalışmağa davam etməlidir.
Rzayevin qənaətinə görə, ölkənin ən güclü klubunun formasını geyinmək Axundzadə üçün böyük şansdır və o, qitənin mötəbər turnirində 1-2 qol vurarsa, Avropa nəhənglərinin nəzər-diqqətini öz üzərinə çəkəcək.
SPORTİNFOAZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

