"Neftçi" "Abşeron"a uduzdu, "Naxçıvan" "Sərhədçi"ni üstələdi

03:10 Basketbol 121
"Neftçi" "Abşeron"a uduzdu, "Naxçıvan" "Sərhədçi"ni üstələdi

Azərbaycan Basketbol Liqasında IV turun daha bir oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, günün ikinci qarşılaşmasında "Abşeron Lions" "Neftçi" ilə üz-üzə gəlib.

A qrupunun qarşılaşması "Abşeron Lions"un qələbəsi ilə yekunlaşıb - 100:95.

Günün ilk matçında "Naxçıvan" "Sərhədçi"ni üstələyib - 76:69.

Tura oktyabrın 26-da yekun vurulacaq. Əvvəlki matçlarda "Sabah" "Gəncə"ni (87:68), "Lənkəran" "Quba"nı (102:87), "Ordu" "Sumqayıt"ı (116:81) məğlub edib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 03:30 "Lənkəran" da qazandı