“Bu suala cavab vermək çətin, bəlkə də mümkünsüzdür”.
“Sabah”ın yeni oyunçularından Timoteuş Puxaç Sportinfo.az-a açıqlamasında belə deyib.
O, Polşa, Yunanıstan, Türkiyə, İngiltərə, Almaniya kimi ölkələrdə oynayıb, Azərbaycan həmin ölkələrdən hansı xüsusiyyətlərinə görə fərqlənır? Və ya ölkəmizdə onu nələr təəccübləndirməkdədir?
Polşalı müdafiəmini dinləyək:
“Hər ölkənin özünəməxsus qaydaları, keyfiyyətləri, ənənələri var. Bir onu deyə bilərəm ki, Azərbaycanda olmaqdan məmnunam.
İnsanlar mehriban, Bakı gözəl, komandamız möhtəşəmdir. Ən vacib məqam adamların futbolu sevməsidir.
Heç nədən narazılığım yoxdur. Burada özünü xoşbəxt hiss edirəm”.
Masazır təmsilçisi polşalı sol cinah müdafiəçisini bu ilin sentyabrında sıralarına qatıb. 26 yaşlı legioner “Holştayn Kil”dən (Almaniya) 1 illik icarəyə götürülüb.
Puxaç karyerası ərzində Polşanın “Lex” (2017-2021), “Zaqlebie Sosnovets” (2018), “QKS Katovitse” (2018/19), Almaniyanın “Union Berlin” (2021-2024), “Holştayn Kil” (2024-2025), “Kayzerslautern” (2023/24), Türkiyənin “Trabzonspor” (2022), Yunanıstanın “Panatinaikos” (2023) və İngiltərənin “Plimut” (2025) klublarında çıxış edib.
Timoteuş Polşanın əsas millisində 15 oyun keçirib.

