Azərbaycan çempionatında meydana “100-lük”lər atıldı - FOTO

25 Oktyabr 22:20 Hadisə 542
Azərbaycan çempionatında meydana “100-lük”lər atıldı - FOTO

I Liqanın mərkəzi qarşılaşmasında maraqlı görüntü qeydə alınıb.

Görənləri gülməyə məcbur edən hadisə “Şəfa” – “Səbail” qarşılaşmasında yaşanıb.

Belə ki, ilk hissənin gedişində tribunadan meydana bir neçə ədəd etibarsız “100 manat” atılıb.

Təbii ki, azarkeşlər bunu futbolçuları çaşdırmaq, ya da futbolda yeniliyə əl atmaq üçün ediblər.

Qazonun üzərində “gəzişən” “100-lük”lər “Səbail”in texniki zonasının həndəvərində var-gəl edib.

Bəzi futbolçular yerdəki əskinaslara diqqətlə baxanda, azarkeşlərdən biri səslənərək “oyununuzu oynayın, saxta puldur, əsl “100-lüy”ü kim ora atar” deyib.

İlk yarının sonuna qədər əyləncəli kağızlar küləyin köməkliyi ilə meydanın mərkəzinə doğru “irəliləyib”.

Təqdim etdiyimiz fotolarda 100 manatlar aydın görünməsə də, hadisəni göz önünə gətirərək müəyyən təsəvvürə sahib olmaq mümkündür.

Yeri gəlmişkən, çempionluq uğrunda mübarizə aparan komandaların oyunu 2:2 hesabı ilə başa çatıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 18:10 Çək və bizə göndər!
25 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
25 Oktyabr 03:30 "Lənkəran" da qazandı