“Mançester Yunayted”in də maraq dairəsinə düşən hücumçu “Neftçi”də

11:55 Neftçi 557
“Mançester Yunayted”in də maraq dairəsinə düşən hücumçu “Neftçi”də

Vensan Abubakarın “Neftçi”yə transferi təkcə Azərbaycanda deyil, bütün dünyada böyük sensasiya kimi qəbul olunub.

Sportinfo.az “Sun” nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı hücumçunun tanınmış klublardan birinə keçməsi gözlənilirmiş.

Bildirilir ki, Abubakarın ölkəmizə gəlişi dünyanın bir çox ölkəsində Premyer Liqamıza marağın artmasına səbəb olacaq:

“Abubakar Kamerun millisinin ən məhsuldar ikinci futbolçusudur, DÇ-2022-də iki qol vurub.

Həmin mundialın ən yaxşılarından biri hesab olunmuşdu və hətta “Mançester Yunayted”in də maraq dairəsinə düşmüşdü.

Belə bir oyunçunun cəmi 3 il sonra Azərbaycan kimi reytinqi aşağı ölkəyə yollanması hamını təəccübləndirdi. O, indi “Neftçi” ilə yenidən yüksəlişə keçməyə çalışacaq”.

Vensan Abubakar “Neftçi” ilə 1+1 illik müqavilə imzalayıb.

569eaaae 9d56 4560 9734 33a9e14652e4 - Futbolinfo.az

Digər Xəbərlər
Xəbər Lenti