Ukrayna millisinin sabiq müdafiəçisi Vasil Kobin komandanın DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində, D qrupunun 4-cü turunda Polşanın Krakov şəhərində Azərbaycan yığması üzərində 2:1 hesablı qələbəsini şərh edib.
Sportinfo az xəbər verir ki, “sport.ua” portalına danışan Kobin Ukrayna millisinin qələbəsi haqda belə deyib:
“Düşünürəm ki, biz Azərbaycan millisi ilə görüşdə hər aspektdə üstün idik, həm oyunda, həm də qol şansları sarıdan.
Komandamızın rəqibləri üzərində yaratdığı təzyiq son nəticədə qalib gəlməyimizə imkan verdi, lakin biz daha çox qol vurub oyunun taleyini erkən həll edə bilərdik.
İslandiya ilə səfərdəki görüşü nəzərə alsaq, orada sonluğu yaxşı gətirirdik. Çoxlu qol vəziyyətləri yarada bilməmişdik, amma hamısını qola çevirdik. Azərbaycanla matçda isə bizdə bu son nöqtə çatışmadı”.

