İştaha bax, gözünü “Qarabağ”a dikib! “Biz buna hazırıq”

17:45 Şamaxı 274
İştaha bax, gözünü “Qarabağ”a dikib! “Biz buna hazırıq”

İspaniya səfərindən “Atletik”ə üzücü məğlubiyyətlə qayıdan (1:3) “Qarabağ” milli çempionatda növbəti oyuna hazırlaşır.

Premyer Liqanın 9-cu turundakı rəqib “Şamaxı”dır.

Komandaların hədəfi, adı, büdcəsi və şəraiti arasında uçurum fərqi olsa da, cari mövsümdə sürpriz nəticələrin qeydə alınması bu oyuna marağı artırır.

“Şamaxı”nın portuqaliyalı qapıçısı Rikardo Fernandes də Azərbaycan çempionu ilə qarşılaşmada müsbət nəticəyə ümid etdiyini gizlətmir.

30 yaşlı qapıçı bu gün baş tutacaq oyunla bağlı Sportinfo.az-a danışıb:

“Qarabağ” kimi rəqiblərə qarşı xarakter göstərməlisən. Biz buna hazırıq. Bacarığımızı nümayiş etmək üçün yaxşı imkandır.

Rəqibin İspaniyadan yorğun qayıtması barədə düşünmürük. Çünki bizi öz oyunumuz maraqlandırır.

“Kəpəz”ə məğlubiyyətdən sonra fiziki və psixoloji cəhətdən yaxşı bərpa olunalıyıq ki, istədiyimizə nail olaq.

Hər oyunda məqsədimiz qələbə qazanmaqdır. Ən yaxşı nəticə üçün mübarizə aparacağıq”.

Oktyabrın 26-da “Azersun Arena”da keçiriləcək qarşılaşma saat 18:30-da başlayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti