«Qəbələ»nin baş məşqçisi Kaxaber Sxadadze rəhbərlikdən yeni istəyi bəlli olub.
Gürcü çalışdırıcı yönətimdən qapıçı alınmasına büdcə ayrılmasını tələb edib.
O, qış fasiləsindək bu mövqeni gücləndirmək lazım gəldiyini söyləyib. 2024-cü ilin martından «qırmızı-qaralar»ın sükanı arxasında olan mütəxəssis
Səlahət Ağayevdən narazılığını dilə gətirib. Sxadadze Ağayevin Premyer Liqanın geridə qalan 8 turunda heç də etibarlı təsir bağışlamadığını bildirib.
«Qəbələ» mövsmümün bura qədər olan bölümündə qapısında 11 qol görüb. Aktivinə vur-tur 5 xal yazdıra bilmiş region təmsilçisi «Karvan»la birlikdə turnir cədvəlində 10-11-ci pillələri bölüşdürür.
SPORTİNFO.AZ

