"Qarabağ" 9 il əvvəl - Oxşar mənzərə, eyni tale

29 İyul 2022 22:20 Maraqlı 3 880
"Qarabağ" 9 il əvvəl - Oxşar mənzərə, eyni tale

Evdə 3:2 qələbə qazanan “Qarabağ” səfərdəki matçın yalnız əlavə vaxtında “Sürix”ə vurduğu qolla (2:2) Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinə yüksələ bildi.

Mərhələni gətirən qol isə 67-ci dəqiqədə İbrahima Vadjinin əvəzinə meydana çıxan və güclü tənqidlərə tuş gələn afrikalı Kvabena Ovusudan gəldi.

Həqiqətən də 90-cı dəqiqəyə kimi Ovusu nə iləsə yadda qalmadı. Amma əlavə 30 dəqiqədə o, sanki ayıldı. Qoldan başqa, 2-3 epizodda da rəqib qapısında təhlükə yaratmağı bacardı.

Bu, “ağdamlılar” üçün heç də yad mənzərə deyildi. Təmsilçimiz ilk və son dəfə 9 il əvvəl eyni situasıyadan uğurla çıxmağı bacarmışdı.

Polşa “Piast”ına Bakıda 2:1 qalib gələn komanda səfər matçının əsas vaxtında rəqibinə eyni hesabla məğlub olmuşdu.

Əlavə vaxtda isə matçın taleyini heç də Ovusudan az tənqid olunmayan digər afrikalı legioner Ulrix Kapalongonun vurduğu qol həll etmişdi.

85-ci dəqiqədə Qurbanovdan oyuna daxil olmaq göstərişi alan forvard 108-ci dəqiqədə mərhələni gətirən qolu vuraraq komanda yoldaşlarını arxasınca qaçmağa məcbur etmişdi. Eynən Ovusu kimi...

Oxşar tale, eyni mənzərə, sadəcə dəyişən zamandır.

XANOĞLAN /SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti