Adı "Neftçi" ilə çəkilirdi, amma İtaliya klubu ilə müqavilə bağladı

1 Avqust 2021 19:20 Maraqlı 1 876
Adı "Neftçi" ilə çəkilirdi, amma İtaliya klubu ilə müqavilə bağladı

Şimali makedoniyalı hücumçu Qoran Pandev "Cenoa" ilə yeni müqavilə imzalayıb.

Sportinfo.az xəbər verir ki, informasiyanı italiyalı insayder Nikolo Skira şəxsi "Twitter" hesabından yayıb.

Mənbə 38 yaşlı forvardın 1 illik anlaşmaya qol çəkdiyini və yaxın günlərdə bu barədə ictimaiyyətə məlumat veriləcəyini bildirib.

Yığmanın heyətində Avro-2020-yə qatılan və qrupdakı ilk matçda Avstriyanın qapısına yol tapan (1:3) Pandev qitə birinciliyindən sonra milli karyerasını başa vurduğunu açıqlayıb.

Avropa Çempionatından sonra futbolçunun adı bir müddət də son çempion "Neftçi" ilə hallanırdı. Amma təmsilçimizin mətbuat xidməti saytımıza açıqlamasında bu iddianı rədd etmişdi.

Digər Xəbərlər
Xəbər Lenti