Bizə qalan Mahir(lər), Qara(lar), Maksim(lər) ...

9 Noyabr 2020 20:20 Köşə 1 110
Bizə qalan Mahir(lər), Qara(lar), Maksim(lər) ...

Dünən Azərbaycan Premyer Liqasında 9-cu tura yekun vuruldu.

Günün maraqla gözlənilən oyunu "Baksel Arena"da "Neftçi" və "Qarabağ" arasında baş tutdu.

Oyun ağdamlıların böyükhesablı (0-6) qələbəsi ilə başa çatdı.

Filip Ozobiçin hettrik etdiyi, Musa Qurbanlının "Qarabağ" forması ilə ilk qolunu vurduğu oyunda Mahir Emreli də fərqlənməyi bacardı. Mahir təkcə vurduğu möhtəşəm qolla yox, həm də qol sevincini qeyd edərkən etdiyi əla jestlə də futbol ictimaiyyətinin alqışını qazanmış oldu. Belə ki, hücumçu qoldan sonra formasının qaldıraraq maykasına yazılmış Şuşa yazısını kameralara göstərdi.

Bildiyimiz kimi dünən Ali Baş Komandanın Şuşanın azad olunması xəbərindən sonra ölkə əhalisi sevincə qərq olumuşdu. Hərə bir yolla öz sevincini göstərməyə çalışırdı. Mahir də bu yolla Şuşa sevgisini agah etmiş oldu. Bu onun ilk belə qol sevinci deyil. O, "Şerif"lə Bakıda baş tutan oyunda da vurduğu qolu əsgər salamı ilə qeyd etmişdi.

Əcnəbi futbolçulardan isə hansısa buna oxşar jesti bu müddətdə görmədik. Bu, nə hettrik edən Filip Ozobiçin, nə də Zubirin yadına düşdü. Muharibənin ilk vaxtlarında "Qarabağ"lı əcnəbilər "Legiya" ilə çətin səfər, "Vilyarreal"la İstanbulda baş tutan ev oyununda da vurduqları qolu ordumuza, əsgərlərimizə ithaf etməyi ağıllarına gətirməmişdilər. Xatırladaq ki, Polşada Andrade, Zubir və Ozobiç fərqlənmişdisə, "Vilyarreal" oyunda Ovusu qol müəllifi olmuşdu.

Əcnəbi futbolçulardan bunu ummaq kimi bir niyyətimiz də yoxdur. Onların dəstək olmaq kimi hansısa vəzifə borcları olduğunu da iddia etmirəm. Ovusu, Ozobiç və ya bir başqa əcnəbi üçün Azərbaycan Mahir Emreli qədər dəyərli ola bilməz. Həmçin Mahir və digər yerli futbolçularımıza üçün də onların vətəni onlara olan doğmalıq qədər doğma ola bilməz.

Amma Mahirin timsalında belə məqamlarda önə çıxan öz yerlilərimizə biz də zaman-zaman dəstək olmağı bacarmalıyıq. Əcnəbi futbolçunun ilk səhvində reaksiya veririksə, öz Mahirlərimizə qarşı bir qədər səbrli olmalıyıq. Sonda bizə qalan elə Mahirlər, Qaralar, Maksimlər olacaq.

Xanoğlan İmanov

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda