Yazdığını HEÇ VAXT etməyib və edəsi deyil, edə bilməz!

6 Noyabr 2020 14:20 Köşə 1 343
Yazdığını HEÇ VAXT etməyib və edəsi deyil, edə bilməz!

Nurlan İbrahimovun həmin paylaşımında yazdıqlarını dəstəkləmədiyimi demişdim, eyni zamanda onu tanıyan biri kimi orda yazdıqlarını heç vaxt edə bilməyəcəyini qeyd etmişdim.

Nəinki Nurlan heç bir azərbaycanlı elə şey edə bilməz və indiyəcən də etməyib.

Bu, genetik məsələdi. Siz indiyəcən bircə dəfə də olsun azərbaycanlıların hardasa terror etdikləri haqda nəsə eşitmisiniz? Eşidə bilməzsiniz.

Bu dediyim kimi gen məsələsidi. Biz bu işi bacarmırıq. Amma ermənilər bütün dünyada törətdikləri terrorlarla ad çıxarıblar. Bu terrorların sayı-hesabı yoxdu.

Nurlan emosiyaya qapıldı Gəncədə, Bərdədə ermənilərin öldürdüyü körpə uşaqlara, onların valideynlərinə acıyıb yazmamalı olduğu şeyi yazdı və artıqlaması ilə cəzasını aldı. O sadəcə yazmışdı və dediyim kimi yazdığını HEÇ VAXT etməyib və edəsi deyil, edə bilməz!

Bəs illərdir Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan, separatçıları dəstəkləyən, qondarma respublikaya bəy kimi gedib-gələn, terrorçulara və terrorizmə maddi və mənəvi dəstək verən Henrix Mxitaryana, onun bacısına qarşı UEFA niyə analoji addımlar atmayıb?!

AFFA bir dəfə də olsun Mxitaryanın bu hərəkətləri ilə bağlı UEFA-ya FİFA-ya şikayət edibmi? Mən eşitməmişəm. Etsə belə, inanmıram bu təşkilatlar Mıkıya hansısa cəzanı verə.

Nurlanın yazdıqlarını tərcümə edən ermənilər də bu məsələni şişirdə bilərdilər. Amma bunu edən Azərbaycan vətəndaşlarıdısa...

Bu mövzunu bağlamaq lazımdı. Adam cəzasını alıb, ermənilər və Nurlanın cəzalanmasını onlar qədər istəyən hər kəs arzusuna çatıb.

Anar Şabanoğlu

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!