COP29

"Qarabağ" niyə hücumçu alsın ki?

2 Noyabr 2020 19:40 Köşə 1 147
"Qarabağ" niyə hücumçu alsın ki?

Azərbaycan Premyer Liqasının 8-ci turu "Qarabağ" - "Keşlə" oyunu ilə başa çatdı. Ağdamlılar gözlənilmədən rəqibini 6-1 hesabı ilə darmadağın etdi. Oyuna baxan elə hesab edərdi ki, "Vilyarreal"la ağır oyundan qayıdan "Qarabağ" yox, "Keşlə" olub.

Son çempion oyuna bir qədər də ciddi yanaşsa və "Keşlə"nin çərçivə qoruyucus Stanislav Namaşkonun bir neçə seyvi olmasaydı hesab daha da biabırçı həddə çatacaqdı. "Qarabağ" Zubir, Xayme kimi futbolçuların yoxluğunda belə rahat şəkildə hücumlar quraraq rəqib qapısına yaxınlaşa bilirdi.

Mahir Emreli uzunmüddətli zədədən sonra ilk Premyer Liqa görüşündəcə dubl etməyi bacardı. Ovusu Kvabena cinah yarımmüdafiəçisi olsa belə yenə hücumda qol vurmaqla komandasına fayda verə bildi. Əvəzləmədən meydana çıxan Musa Qurbanlı bir qədər diqqətli olsaydı, rahatlıqla o da dubl edə bilərdi. Söhbət bu tura kimi çempionatın ən az qol buraxan müdafiəsinə qarşı oyundan gedir.

Qurban Qurbanovun yetirmələri arxada qalan 7 tura 8 qol vurmağı bacarmışdısa, indi say 14-ə yüksəldi. Digər rəqiblərə nisbətdə komandanın hələ ehtiyatda "Səbail"lə oynanılmayan görüşü də var. Yəni fərq daha böyük ola bilər.

"Qarabağ"dan sonra hazırkı Azərbaycan Premyer Liqasında ən çox qol vuran komanda isə "Sumqayıt"dı. O "Sumqayıt" ki, heyətində cəmi BİR hücumçu var.

Bu faktları sadalamağıma səbəb "Qarabağ" son zamanlar daha çox hücumçu almır deyə qınanması və tənqid olunmasıdır. Amma sadaladığım faktları (siyahını uzatmaq da olar) oxuduqca adamın "Qarabağ" niyə hücumçu almır" deməyə dili gəlmir. "Qarabağ" hücumçusuz və ya zədəli Mahir, gənc Musa Qurbanlı ilə gəzə-gəzə çempionatın ən çox qol vuran komandasıdısa, niyə hücumçu alsın ki?

Xanoğlan İmanov

Xəbər Lenti
10 May 11:00 Bunu bizimlə BACAR!