Bu vəhşilər vacib bir şeyi unudurlar ki...

29 Oktyabr 2020 13:54 Köşə 1 398
Bu vəhşilər vacib bir şeyi unudurlar ki...

Döyüş meydanında müzəffər ordumuzun zərbələri ilə darmadağın edilən Ermənistanın terrorçu ordusu murdar xislətlərinə uyğun olaraq son çarə kimi Azərbaycanın cəbhə xəttindən kənarda yerləşən yaşayış məntəqələrinə atəş açmaqda və mülki insanları, o cümlədən günahsız körpələri, qadınları öldürməkdə davam edir.

Bərdə şəhərinin növbəti dəfə atəşə tutulması nəticəsində, ilkin məlumatlara görə, 21 nəfər həlak olub, 70-dən çox insan yaralanıb.

Onlar bununla bizi qorxudacaqlarını zənn edirlər, lakin bu vəhşilər vacib bir şeyi unudurlar ki, artıq 90-cı illərin əvvəlləri deyil və öz dövləti, dövlət başçısı, ordusu ətrafında sıx birləşən bu milləti qorxutmaq, dayandırmaq mümkün deyil.

Əksinə, onların bu vəhşiliklər bizi daha da sıx birləşdirir, düşmənə nifrətimizi və qələbə əzmimizi artırır.

Dəhşətlisi odur ki, bu barbarlığa dünya susur, görməzlikdən gəlir. Yəqin ki, Mehmet Akifin dediyi kimi, tək dişi qalmış bu canavarlar bizi özlərindən hesab etmirlər və buna görə də bizim bu dünyada, bu vətəndə yaşamaq haqqımızın olmadığını düşünürlər.

Ey Ermənistan adlı saxta, vəhşi dövlətin havadarları, özünü dünyanın sahibi, ədalətin qoruyucusu, demokratiyanın carcısı sayanlar, gözü olub görməyənlər, qulağı olub eşitməyənlər, dili olub danışmayanlar, sizə səslənirik: nə edirsəniz edin, bu xalqı öz yolundan döndərə və şanlı Ordumuzun zəfər yürüşünü dayandıra bilməyəcəksiniz!

Allah şəhidlərimizə rəhmət eləsin!

Yaşasın Azərbaycan !

Eşq olsun Ali Baş Komandana!

Eşq olsun Azərbaycan Ordusuna!

Qarabağ Azərbaycandır!

Nəsir Muxtarlı
Xüsusi olaraq Sportinfo.az üçün

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı