Fürsətçil Rövnəq Abdullayev

2 Oktyabr 2020 12:44 Köşə 2 490
Fürsətçil Rövnəq Abdullayev

“Qarabağ” dalbadal 7-ci dəfə avrokubokların qrup mərhələsinə vəsiqə qazandı.

Amma builki uğur daha əhəmiyyətlidir.

Ordumuz işğal altında olan torpaqlarımızın azad olunması üçün əməliyyat aparır. Deməli, həm də informasiya müharibəsi də gedir. Belə bir vaxtda “Qarabağ” – Azərbaycan” sözlərinin Avropada hər kəsin evinə daxil olması möhtəşəmdir.

“Qarabağ”ın Polşadakı uğurundan dərhal sonra AFFA prezidenti Rövnəq Abvdullayev Qurban Qurbanova zəng edib. Deyə bilərsiniz ki, hə, nə olsun, AFFA prezidenti kimi “Qarabağ”ın baş məşqçisinə zəng etməsi çox normal.

Əlbəttə, normal.

Amma bəzi anormallıqları xatırlayanda... Elə bu “Qarabağ”ın böyüməməsi üçün nə qədər əngəllər törədib AFFA prezidenti? Qurban Qurbanovu milliyə gətirib urvatsız şəkildə qovan kim idi? Elxan Məmmədov?

Başa düşdüm, demək istəyirsiniz ki, Rövnəq Abdullayev heç kimdir AFFA-da. Amma Qurban Qurbanova AFFA-da quyu qazılarkən niyə Rövnəq Abdullayev ona zəng etmirdi? Niyə soruşmurdu ki, nə problemin var, sənə işləməyə kimlər mane olur.

Eləcə, söz xətrinə ey. Niyə Rövnəq Abdullayev dövlətin SOCAR vasitəsilə futbola ayırdığı vəsaiti gic-gic klublara, o cümlədən öz oğlu üçün yaratdığı “oyuncağa” – “Səbail”ə verir?

Yenə də deyəcəksiniz ki, elə gic-gic klublar olmasa, Azərbaycan çempionatında oynamağa 8 komanda da tapılmayacaq. Haqlısınız! Bəs Azərbaycan çempionatında oynamağa 8 komanda tapılmamağının baiskarı kimdir? Rövnəq Abdullayev.

Məhz onun ucbatından sahibkarlar, iş adamları futbola tərəf baxmırlar. Bu da heç. Rövnəq Abdullayev dövlətin vəsaitini gic-gic klublara ayırır ha, bəs ondan “Qarabağ”a niyə pay düşmür?

Axı bu dövləti, Azərbaycanımızı dünyada “Qarabağ” təmsil edir. Qarabağın Azərbaycan olduğunu həm də “Qarabağ”a görə bilirlər. Zəng edib “Qarabağ”ın uğuruna şərik olmaq fürsətçilikdir. Əgər sən bu uğur üçün heç nə etməyibsənsə. Ay səni, fürsətçil adam.

Natiq Muxtarlı

Store Neftchi
Xəbər Lenti
8 İyul 09:00 Bu da növbəti transfer