"Neftçi" ilə başlayan qəhrəmanlıq tarixçəsi

27 Avqust 2020 13:54 Köşə 1 048
"Neftçi" ilə başlayan qəhrəmanlıq tarixçəsi

15 dekabır 2018-ci il Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Sumqayıt" özündən qat-qat güclü "Neftçi" ilə səfərdə qarşılaşır və Əli Babayevlə Şəhriyar Əliyevin qolları sayəsində 2-0 qələbə qazanır.

Cəmi 4 gün sonra bu görüşün revanşında "kimyaçılar" doğma meydanda rəqibinə 1-0 uduzsa da səfərdəki qələbə sayəsində yarımfinala yüksəlir.

Yarımfinaldakı rəqib Samir Abasovun "Zirə"si olur. Futbol ictimaiyyəti Abasovun komandasını finala çıxmağa daha şanslı saysa da Ayxan Abbasovun yetirmələri buna imkan vermir. Doğma meydandakı quru heç-heçədən sonra "Sumqayıt" səfərdə 3-3 hesablı bərabəliyi imza ataraq finala yüksəlir.

Ayxan Abbasov Sumqayıt şəhərinin təmsilçisini tarixində ilk dəfə finala çıxaran qəhrəman məşqçi olur. Finaldakı "Qəbələ" məğlubiyyəti belə bu uğura kölgə sala bilməz.

19 iyun 2020-ci il - AFFA-ın İcraiyyə Komitəsi koronavirus pandemiyası ilə bağlı bütün faktorlar və tövsiyələri nəzərə alaraq, 2019/2020-ci il mövsümü üçün Azərbaycan Premyer Liqası və ölkə kuboku uğrunda yarışların dayandırılması qərarını verir. Mövsümün qalibi və UEFA-nın klub yarışlarında iştirak edəcək komandalar hazırkı turnir cədvəlinə uyğun olaraq müəyyənləşdirilir.

21-ci tura kimi demək olar ki, davamlı olaraq ilk dördlükdə yer alan Ayxan Abbasovun yetirmələri haqlı olaraq da Avropa Liqasına vəsiqə qazanır. Bununla da gənc və istedadlı məşqçi Sumqayıt şəhərinin təmsilçisinə tarixində ilk dəfə avrokuboklarda iştirak etmək huququ qazandırmış olur. Bu Abbasov və komandasının məhdud heyət və büdcə ilə qazandığı növbəti qəhrəmanlıq olur. Məlum şərtlər altında qazanılan uğurların qəhrəmanlıqdan başqa adı yoxdur.

27 avqust 2020-ci il - "Sumqayıt" doğma şəhərdə Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində Şimali Makedoniyanın "Şkendiya" klubunu qəbul edir.

Rəqib ölkəsinin ən güclü klubudur. Şanslar kifayət qədər azdır. "Kimyaçılar" son mövsümlə müqayisədə gözlənilənlərin əksi olaraq zəifləyib. Heyətin Əmir Ağayev, Aleksey İsayev, Şəhriyar Əliyev, Peyman Babayi, Mehdi Şərifi kimi əsas üzvləri komandadan ayrılıb. Yeni qoşulanlar həm ayrılanların gücündə deyillər, həm də komandaya zamanında qoşula bilməyiblər.

Gördüyünüz kimi problemlər "n" qədərdi. Amma ortada Ayxan Abbasov və onun komandası faktoru var. Öncəki uğurlarda da "Sumqayıt"da az itkilər, problemlər yox deyildi. Amma Ayxan Abbasovun komandanı olduğu "Sumqayıt" iki dəfə Sumqayıt şəhəri üçün böyük qəhrəmanlıq göstərə bilib. Üçüncü dəfə niyə bu olmasın? Əminliklə bildirirəm ki, yaxşı tanıdığım Abbasov bu gün axşam baş tutacaq tarixi görüşdə sona kimi döyüşəcək, vuruşacaq. Komandasını son ana kimi, son şanslara kimi təslim olmağa qoymayacaq. Növbəti qəhrəmanlıq üçün bu faktorlar çox vacibdir, çox əhəmiyyətlidir.

Öncəkilərdə olduğu kimi ...

Xanoğlan İmanov

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"