Hamı elə bilir ki...

16 İyul 2020 13:54 Köşə 1 767
Hamı elə bilir ki...

"Hamı elə bilir ki, futbolu hamıdan yaxşı bilir"...

Məşhur futbol deyimini indi müharibəyə də aid etmək olar. "Politoloq-hərbişunaslıq" pik həddə çatıb...

Müharibə - dava-dava, futbol oyunu deyil...

Müharibədə əsgəri də şəhid olar, zabiti, generalı da...

Müharibə - ağlaşma qurmaq, məğlub psixologiyanı millətin beyninə bilərəkdən və ya bilməyərəkdən yeritmək deyil...

Müharibə - Bakıda ev, torpaq, vəzifə davaları, dəfn mərasimində kim(lər)insə bayraq "ağlaşması" ilə fotosesiyaları da deyil...

Müharibənin arxa cəbhəsində "partiya" oyunları oynanılmaz, dövlətlə xalq bir olar, bir-birinin üstünə yeriməz, kimliyindən asılı olmayaraq hamı bir yumruq kimi birləşər...

Müharibədə qələbə qazanmağın əsas, tək yolu - daxildə düşmənlərin yox edilməsidir...

Müharibə - populizm, "hoydu-hoydu", kompüter arxasında savaş oyunları məkanı deyil...

Səngərlərdə olduğu kimi, arxa cəbhədə də hər birimiz bir əsgərik/olmalıyıq...

Dövlət qurumlarında, müxalifətdə, ictimaiyyət arasında, sosial şəbəkələrdə təxribatlara, yanlış addımlara, çıxışlara son qoyulmalı, qətiyyətlə qarşısı alınmalıdır...

Müharibə tələblərinə uyğun olaraq müvafiq qurumlar tv məkana, sosial şəbəkələrə tam nəzarəti ələ almalıdır...

Təriflər üçün yox, informasiya müharibəsi vahid, milli ideologiyaya qulluq edən informasiya məkanına, xalqın birliyinə çevrilməlidir...

Xalq arasında təxribatçı əməllərə qarşı hər bir şəxs Vətənin əsgəri kimi davranmalı, qarşısı yerində, dərhal alınmalıdır...

Daxili parçalanma, əcnəbipərəst qüvvələrin təbliğatı qorxunc həddə çatıb. Bunların qarşısı qətiyyətlə alınmalıdır. Müharibə şəraitində olan ölkədə, bu yolverilməzdir...

Böyük müharibələrdə satqın general vlasovçular olub, feldmarşal Paulyus generalları, 100 minlərlə əsgərləri ilə əsir düşüb, məğlub olublar...

Generalımız, zabitlərimiz, əsgərlərimiz döyüşürlər, mərdliklə ŞƏHİDLİK zirvəsinə ucalırlar/ucalıblar. Ağlamaq, sızlamaq yox, fəxr etmək, nəticələr çıxartmaq gərəkdir...

Müharibə itkilərsiz olmur. Hər bir layiqli generalın, zabitin təhsilinə, yetişməsinə illər sərf edilir. Hadisəylə bağlı ciddi araşdırma aparılmalıdır...

Bütün müharibələrdə necə silahlar, ordu olursa-olsun, kəşfiyyatı/əks-kəşfiyyatı güclü olmayan ordu ciddi uğur qazana bilməz...

Müharibə qanunlarına uyğun bütün təbəqələrdə təxribatçılara, satqınlara qarşı qəti addımlar atılmalıdır. Azərbaycana yönələn informasiya təbliğatına qarşı dövlət, xalq olaraq müharibə elan edilməlidir...

Döyüş generallarımızı, aslanovlardan tutmuş həşimovlara kimi tarix boyu itirmişik.

Nəhayət dərs götürmək zamanıdır...

Nə qədər ağır olsa da, ağlaşma olmamalıdır, o balaca, mərd atasının mərd oğlu olaraq bacısının göz yaşlarını sildiyi kimi, xalqımızın birliyini təmin edib hər an döyüşə, qələbə qazanmağa hazır olmalıyıq!

Generalımız, zabitlərimiz, əsgərlərimiz, xalqımızla fəxr edirik!

Azərbaycan xalqı böyük xalqdır!

Tahir Süleymanov

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı