Bu, "Neftçi"dir! Nə "Barselona", nə "Real"…

29 Mart 2020 14:36 Köşə 1 420
Bu, "Neftçi"dir! Nə "Barselona", nə "Real"…

Nə "Barselona", nə "Real", nə də Braziliya yığmasının "Marakana"da Argentina ilə qarşılaşmasıdır.

"Neftçi"dir, bizim "Neftçi"!!!

Düz 33 il əvvəl də, martın 29-u bazar günü idi. Kiyevdəki Respublika stadionuna sonuncu çempion "Dinamo" ilə SSRİ çempionatının autsayderlərindən "Neftçi" nin görüşünü izləməyə 96 min (!!!), bəli, düz oxuduz, 96000 azarkeş gəlmişdi.

Məncə, bu, "Neftçi"nin 83 illik tarixində ən çox azarkeşin izlədiyi qarşılaşmadır.

Oyun da, nə oyun!!! Ovaxtkı "Futbolnoe obozrenie" verilişində fraqmentləri həm kədər, həm də fəxrlə izlədik.

Fəxr etdik ki, gənc qapıçımız Aleksandr Jidkov SSRİ-nin ən məşhur hucümçularından Mixayliçenkonun penaltisini dəf etdi.

Fəxr etdik ki, sovet futbolunun ən çox çempion (13 dəfə) olan komandası "Dinamo" bizim "Neftçi"ni belaruslu hakimin köməyi - 3 penalti (!!!) ilə məğlub etdi.

Mixayliçenko Jidkovla bacarmayınca, qalan 2 penaltini o vaxt Avropanın ən yaxşı futbolçusu seçilmiş İqor Belanov vurdu və "Dinamo" Neftçini beləcə, acizcəsinə, rəzilliklə uddu.

Mən, 8 yaşlı uşaq o vaxt hələ söyüş eşitməmişdim deyə, belaruslu referi Juk haqda qəzəbimi nə cür çıxaracağımı bilmirdim. Amma əminəm ki, məndən yaşca böyuk fanatlar o vaxt Juku necə lazımsa, "yağlamışdılar"...

İlkin Fikrətoğlu
Sportinfo.az-ın şef redaktoru

Xəbər Lenti