"Neftçi"ni çökdürən Ceyhun Sultanovun boşboğazlığı

8 Fevral 2020 10:52 Köşə 1 418
"Neftçi"ni çökdürən Ceyhun Sultanovun boşboğazlığı

«Qalatasaray» Jesse Sedikanı transfer etməsinə peşman olacaq.

Bilirsiz, Nostradamus sayaq açıqlamanı kim verib?

Xeyr, o, nə «Fənərbaxça»nın hər hansı rəsmisidir, nə də nigeriyalı hücumçunu transfer eləmək istəyib də, «Qalatasaray»a uduzan bir başqa komandanın nümayəndəsi.

Proqnozun müəllifi Ceyhun Sultanovdur. Bəli, o! Yəni, «Neftçi»nin qurşaqdan aşağı zərbə vurmaq üzrə idman direktoru!

Ötən iki mövsümdə «Qarabağ»ın gerisində qalan, bu il də çempionluq yarışını uduzması gözlənilən klubun idman djirektoru «Qalatasaray»ı son iki ildə 2 dəfə çempion edən Fatih Terimin seçimini şübhə altına alıb. Gorun çatlasın, Şeyx Nəsrullah! Sən ötən əsrin lap əvvəllərində ölüləri necə dirildirdnsə, Sultanov da bu gün «Neftçi»ni o cür dirildir.

Adətən, belə deyirlər ki, kor kora lağ eləməsə, bağrı çatlayar. Terimin bütün transferlərinin uğurlu olduğunu iddia etmirəm. Son 2 ildə «Qalatasaray»a 20-yə yaxın legioner aldırıb və ondan olsa, bir çoxunu elə bu gün yola salar. Amma Terimin bir «limit»i var və bu «limit» limitsizliyə bərabərdir.

Bəs sizin nəyiniz var, Ceyhun Sultanov? 2018-ci ilin əvvəlindən Azərbaycanın ən köklü klubunu ələ keçirmisiz, əvəzində nə qazandırmısız ona? Titulunuz yox, başqa tutarlı nəticəniz yox!

Hə, «Neftçi»yə heç nə qazandırmasaz da, özünü qazanmısız. Kamran Quliyev sizi ora boş yerə gətirməyib və indinin özündə də boş yerə saxlamayıb ki… Aydındır, əl əli yuyanda, əl də qayıdıb üzü yumalıdır. «İki dostun manifesti»ni bu cür yazırsız, görürük!

Üz də yaxşı şeydir adamda. Olandan istəyərlər, gözləyərlər. Ceyhun Sultanovdan bunu necə istəyəsən, gözləyəsən? Dəvənin quyruğu yerə deyəndə, onun da sözüylə əməli üst-üstə düşəcək.

Deməmişdi ki, «Neftçi»yə ancaq ağ-qara formanı geyinməyə layiq legionerlər götürüləcək? Bu 2 ildə idman direktoru olan zat «Neftçi»yə bir eşalon əcnəbi futbolçu gətirib də, göndərib də. Ölkənin valyutası bir ucdan xaricə daşınıb.

Özü Arandan vurub, Turandan çıxıb. Dünyanın dörd bir tərəfini dolaşd, qitələri ölkələrə, ölkələri şəhərlərə, şəhərləri otellərə dəyişdi, axırda gəlib Bakının gecə klublarında əylənən legionerləri «Neftçi»yə urcah elədi.

Bir uğurlu transferiylə yadda qalmayan Sudtanov öz ayıbına kor olmalıdır, «Qalatasaray»a dil uzatmalı deyil!

Ayıb? Hə… Sultanov? Hm…

Xəzər Hikmət

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"