1996-cı il idi. Milli komandamız mərkəzi arenada Türkiyə yığmasıyla yoldaşlıq matçı keçirirdi. İlk dəfəydi ki, milli komandamızı yaxından izləmək imkanı yaranmışdı mənim üçün. Bu fürsəti əldən verə bilməzdim,
Millimizin heyətində keçəl biri oyunuyla hamının diqqətini üzərinə çəkmişdi.
Düzdü, türklər əsas oyunçularının bir çoxunu gətirməmişdilər bura, amma keçəlin (Lıçkinin) oyunu onları da cəlb eləmişdi. Həmin oyunda məğlub olduq (0:1). Lakin məhz həmin görüşdən sonra Vyaçeslav Lıçkin "Trabzonspor"a transfer olundu.
Təəssüf ki, Lıçkinin Türkiyə karyerası alınmadı. Cəmi 1 oyuna çıxdı orada və geri qaytarıldı. İndi onu demək çətindir ki, Lıçkin "Trabzonspor"un səviyyəsinə uyğun gəlirdi ya yox. Amma pis futbolçu deyildi. Hər halda o vaxtlar millimizin ən yaxşılarından idi. Lakin elə də uğurlu karyera qura bilmədi. Ümumilikdə 23 klub dəyişdi oynadığı vaxtlarda:
İndi, illər sonra daha bir azərbaycanlı futbolçu "Trabzonspor"a transfer olunub. Təəssüf ki, Şeydayevin "Trabzonspor" karyerası Lıçkininkini xatırladır bizə. Ramil də oynamır, bəzən heç 18-liyə də düşmür. Elə o vaxtkı kimi, indi də demək çətindir ki, azərbaycanlı futbolçunun səviyyəsi "Trabzonspor"da çıxış eləməyə imkan verirmi...
Amma Lıçkin haqqında dediyimi Şeydayev haqqında da deyə bilərəm - pis futbolçu deyil, milli komandada ən yaxşılardandır. Heç istəməzdim ki, onun karyerası Lıçkininki kimi alınsın. Ona görə də, Ramil gələcəyi haqqında ciddi-ciddi düşünməlidi.
Emin Abbasov

