Elxan Məmmədov haqda "süni", "Qarabağ" haqda "təbii" tənqid - VİDEOSÜJET

14 Dekabr 2019 17:00 Köşə 3 410
Elxan Məmmədov haqda "süni", "Qarabağ" haqda "təbii" tənqid - VİDEOSÜJET

AFFA-nın baş katibi Elxan Məmmədov var olsun, elə işləyir, elə danışır ki, biganə qalmaq olmur. İTV-də Dadaşlinskinin verilişində Rəşad Sadıqovla bağlı açıqlamasını "Qarabağ"ın kapitanı yalan çıxardı.

İcraiyyə Komitəsinin son iclasında isə həm mediaya, həm də AFFA-nın bir ictimai təşkilat kimi fəaliyyət prinsiplərinə hörmətsizlik etdi.

Həmişəkindən fərqli olaraq bu dəfə baş katib media qarşısına çıxıb, iclasda qəbul olunan qərarlarla bağlı sualları cavablandırmadı.

"Burada mənəm, Bağdadda kor xəlifə" kimi davranması isə haqlı olaraq növbəti tənqidlərə rəvac verir. Elxan müəllimin təbirincə desək, "süni tənqidlərə" .

Baş katibə qarşı tərəf kimi qələmə verilən "Qarabağ" "cəbhəsi"ndə də vəziyyət yaxşı deyil. Komanda Avroliqanın son turunda Lüksemburq çempionu qarşısında zəif, məzmunsuz oyun göstərməklə 1 xalla kifayətləndi.

Sportinfo.az son günlər Azərbaycan futbolundakı hadisələrlə bağlı hazırladığı videosüjeti təqdim edir.

ILKIN from Sportinfo on Vimeo.

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"