Kamran Quliyev, siftə bundan sonra başlayır

2 Avqust 2019 12:36 Köşə 1 039
Kamran Quliyev, siftə bundan sonra başlayır

“Neftçi” - “Arsenal” oyunundan əvvəl Rusiyanın “ünlü” (bizimkilər belə adlandırır) idman şərhçilərinin ağızlarına çullu dovşan yerləşmirdi.

Bu özündənrazı şovinistlər “Arsenal”ın 2-3 qol vuracağını və mərhələni adlayacağını iddia edir, özlərini futbol bilicisi kimi göstərirdilər.

Və məlum oldu ki, onlar bilici yox, “tupoy”durlar. “Neftçi” şovinist rusların ağızlarını cırmaqla onların şərhçilərinin də “tupoy” olduqlarını sübut etdi. Ümidvaram ki, daha onları bizimkilər də bundan sonra “ünlü” hesab etməzlər.

Mənim sözüm ağızları cırılan şovinistlərə yox, “Neftçi”nin rəhbərliyinədir. Amma əvvəlcə bir lətifə yazım, oxuyun, sonra sözümü deyim.

Ağlı kəsəndən oğurluqla məşğul olan birisi yaşlaşandan sonra bu şakərindən əl çəkmək istəyir. Deyir ki, Həcc ziyarətinə gedib tövbə edəcəyəm, ömrümün qalan hissəsini oğurluq etmədən keçirəcəyəm ki, Allah da günahlarımı bağışlasın.

Nə isə... Özünə yaxşı bir at alıb, gedir Həccə. Ziyrət edib geri qayıdarkən bir kənddən keçirmiş. Görür ki, eyvandan bərli-bəzəkli, çox bahalı bir xurcun asılıb. Gözü xurcunu tutur, amma Həcc ziyarəti də gəlib duru qarşısında. “Oğurlayım, oğurlamayım” dilemması önündə bir xeyli fikirləşir. Nəhayət, oğurlamağa qərar verir.

Gedib xurcunu götürür və üzünün göyə tutub deyir: “Allah, siftəni bundan sonra yaz”.

Kamran Quliyev, Ceyhun Sultanov, “Neftçi” özündənrazı, bizi aşağılamağa çalışan rusların dərsini verdi. Buna görə bütün futbolçulara, məşqçi heyətinə, o cümlədən sizlərə də əhsən deyirəm.

Və idarəetmədə bu günə qədər buraxdığınız bütün səhvlərin üstündən xətt çəkirəm. Daha onlara görə sizləri bir daha tənqid etməyəcəyəm. Amma şərti şumda kəsirəm ki, xırmanda dalaşmayaq: siftə bundan sonra başlayır.

Natiq Muxtarlı

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"