Ağabala, inanmırsansa, Tamerlan Abdullayevdən soruş

12 İyul 2019 17:24 Köşə 1 324
Ağabala, inanmırsansa, Tamerlan Abdullayevdən soruş

“Səbail” gənc klubdur”. Aftandil Hacıyev deyib.

Amma bu gənc klub karyerasını bitirmiş qos-qoca Essyeni necə şirnikləndiribsə, gəlib Bayılda ora-bura qaçır.

Allah bizi güldürsün!

“Səbail”in futbolçusu Ağabala Ramazanov da bilmədiyi məsələdən danışıb. Deyib ki, rəqib bizdən 5-6 baş üstünü idi.

Onu da deyib ki, onların büdcəsi də bizdən 5-6 qat üstündür. Birincini düz deyib, rumınların futbolçuları “Səbail”in oyunçularından həqiqətən də 5-6 baş üstün idilər. amma büdcə məsələsində goplayıb.

“Universitatya Krayova”nın bütün futbolçularının məvacibi Esyyeni şirnikləndirmək üçün verilən “şirinlik”dən çox deyil ki, azdı.

Ağabala, inanmırsansa, Tamerlan Abdullayevdən soruş.

Allah bizi güldürsün!

Mərdimazar

Store Neftchi
Xəbər Lenti
8 İyul 09:00 Bu da növbəti transfer