Avropa Liqasında II təsnifat mərhələsinin püşkü atılıb.
İsveçrənin Nyon şəhərində baş tutan mərasimdə Çempionlar Liqasının I təsnifat mərhələsində mübarizəni dayandıracaq komandaların bu turnirdəki potensial rəqibi bilinib.
Çempionlar yolunda çıxış edən Azərbaycan çempionu "Qarabağ" Albaniya klubu "Partizani" səddinə ilişsə, Avropa Liqasına yollanacaq.
Bu təqdirdə, Ağdam təmsilçisi "Şerif" (Moldova) - "Saburtalo" (Gürcüstan) cütünün məğlubuna rəqib olacaq.
“Qarabağ” əgər ilk mərhələni keçsə, ikinci təsnifat mərhələsində "Dundalk" (İrlandiya) - "Riqa" (Latviya) cütünün qalibi ilə qarşılaşacaq
Sabitqədəm görünən «Qarabağ»ı, açığı, nə gözlədiyi bilinmir. Qurban Qurbanov yenə futbolçu seçmində konkretlik göstərmir.
Komandanı Yakub Jezniçak, İnnosent Emeqara, Reynaldu Silva və Con Delarjın tərk etdiyi məlumdu. Nicat Süleymanov isə icarə əsasında "Zirə"yə göndərilib.
İki həftədən artıqdı məşqlərə başlmış kollektiv “Səbail»lə yoxlama matçdan sonra 3:1 (Dani Kintana, 12, Filip Ozobiç, Tural Bayramov//Fəhmin Muradbəyli) Avstriyaya üz tutub.
İyulun 2-dək komandanın qarşılaşacağı rəqiblər bəllidi: bu gün «Ludoqorets» (Bolqarıstan), 25-də Krayova «Universitatya»sı (Rumıniya), 28-də «Ufa» (Rusiya) və Plzen «Viktoriya»sı (Çex Resp.).
Ağdam klubunun transferləri sırasında daha iki futbolunun adı hallanır. Lakin hələ konkretlk olmadığından transferləri süzgəcdən keçirmək də doğru olmaz.
Lakin «Qarabağ»ınq ötənilki səhvləri təkrarlamaması vacib şərtdi. Çünki yalnız bu yolla komandanın hazırlığını optimal həddə çatdırmaq və ən əsası, yeni simasını qurmaq olar.
Bunun üçün vaxt azdı. Hər gün qiymətlidi və yəqin ki, Qurban Qurbanov Azərbaycan xalqının ən böyük gözləntisinin ondan və komandasından olduğunu bilir, unutmayıb.
«Qarabağ» 10 ildən artıqdı qitə arenasında nizamlı çıxış edir və bir növ, müsbət göstəriciləri ilə hamını öyrəşdirib.
Komanda qələbə qazanır – bu, adi haldı. Məğlubiyyətlə üzləşir – bu, qeyri-adi qarşılanır, böyük rezonans doğurur.
Hazırkı məqamda «Qarabağ»ın üzərindəki məsuliyyət ikiqat, üçqatdı. Çünki yenə də bütün ümidlər onlara bağlıdı.
ELXAN

