Daşımız ağırdı, çox ağır…

16 İyun 2019 15:48 Köşə 1 299
Daşımız ağırdı, çox ağır…

UEFA prezidenti Aleksandr Çeferin İngiltərənin Oksford Universitetində çıxışı zamanı Avropa Liqasının finalının Bakıda keçirilməsinə narazılıq edən ingilisləri tənqid atəşinə tutub.

Sloveniyalı funkisoner ölkəmizin lehinə maraqlı fikirlər səsləndirib:

“Hansı turnirdə ingilis klubları varsa, narazılıq olur. Bununla Avropada futbolun populyarlığına mane olursuz.

Mən UEFA prezidenti seçiləndə də İngiltərədən dəstək almadım. Ancaq 76 faiz səs toplamışdım.

"Niyə final matçını Bakıda keçirdiz" soruşsaydılar, deyərdim ki, orda da insanlar yaşayır. Həm də düşüncəli insanlar.

Onlar saat fərqi ilə əlaqədar oyunu axşam saat 11-də izləmək məcburiyyətində idi. Lakin heç kim bundan şikayətlənmədi.

Londonda Azərbaycanın iki komandası oynasaydı, yenə heç kim şikayətlənməzdi. Onlar gedib heç bir problemsiz oynayardılar.

İlyarım əvvəl qərara aldıq ki, Bakıda oynayaq. Orada 70 min nəfərlik müasir stadion var. Hansı ki, İngiltərədə bundan böyük cəmi bir stadion mövcuddu.

Sevdikləri superulduzları canlı izləyən insanların xoşbəxtliyini görərdiniz. Biz futbolu təkcə İngiltərə və Almaniyada deyil, hər yerdə inkişaf etdirməliyik".

Doğrudan da, hansısa problemin yaşanmayacağını dəqiq bilən mənfəətbazlar özlərinə mövzular tapmalı idilər.

Hərçənd əsas mövzu var idi. Futbol oyunundan, üstəlik də, derbi statuslu matçdan söhbət gedirsə, azarkeşlərin mümkün davranışı gündəmdə olmalı idi.

Axı futbol fanatları bütün idman növləri arasında qalmaqalları ilə daha məşhurdu.

Hələ üstəlik, hər iki finalçı bir ölkəni, həm də azarkeşlərinin davranışı ilə ad çıxarmış İngiltərəni, hətta bir az da dərinə getsək, tarixdə ilk dəfə bir şəhərin komandaları üz-üzə gəlirsə, məsələ tam aydın idi.

Söz yox ki, buna qədər ölkəmizdə keçirilən mötəbər idman tədbirlərindən fərqli olaraq, əvvəlcədən tədbirlər məhz bu istiqamətdə görülməli idi.

Lakin sən saydığını say, fələyin də öz planları var və işini görəcək. Açığı, bunu gözləməyə dəyərdi də.

Çünki Azərbaycanın hər hansısa tədbiri, idman yarışını çox yüksək səviyyədə keçirəcəyini dəqiq bilən bədxahlar bədbinlər öz amplualarında qalmalı idilər.

Bunun ən bariz nümunəsini Avropa tarixinin ilk Oyunlarında müşahidə etmişdik. Onların cidd-cəhdli səylərə rəğmən, Oyunlar tarixdə qızıl hərflərlə yerini tutdu.

ELXAN

Store Neftchi
Xəbər Lenti
8 İyul 09:00 Bu da növbəti transfer