Bu qədər problem içində… Niyə uduzmayaq ki?

12 İyun 2019 14:12 Köşə 1 038
Bu qədər problem içində… Niyə uduzmayaq ki?

Öyrəşmişik, öyrəncəliyik.

Millimiz həmişə böyükhesablı məğlukbiyyətlərə hamilədi. Nə birincidi, nə sonuncu.

Slovakiya darmadağının axırıncı olmasını, əlbəttə, mən də istərdim. Axarııncı olduğunu bilə-bilə. Sadə bir azərbaycanlı övladının içindən gələn bir hisdi, istəkdi bu. Anlayış göstərmənizi istərdim.

Təqsiri futbolçularda görənlərin ağlının tamlığına şübhəylə yanaşıram. Onlar, sadəcə, icraçıdı. Kimin gücü nəyə çatır, onu da nümayiş etdirir.

Birinci qolda filankəs filan səşhvə yol verdi, ikinci, üçüncü qol behmankəsin xətasından sonra qapıdan keçdi, takiki cəhətdən savadsız oynadıq, nə bilim, standart epizodlarda acizik, zəifik… kimi fikirləri qoyun bir kənara.

Bunlar özümüz-özümiüzü aldatmaqdan başqa bir şey deyil. Bir tək Ramil Şeydayev məğlubiyyəti istəmədi, barışmadı, sonadək mübarizə apardı - bu qənaəti də bölüşmürəm.

Adamlar adam kimi mükafat alacaqdılar: hansı biri istəməzdi ki, 1,5 saata 50000 manat irəli düşsün?

O futbolçulardan bir neçəsi bəlkə də 50 mini bir yerdə görməyib, bir neçəi o pulu 5-6 aya güclə qazanır – ürəklərindən keçmirdimi ki, millətin gözündə qəhrəman olsunlar, özləri də toqqanın altını bərkitsinlər?

Budu futbolumuz və onun gerçək üzü. 1:5 hesağblı məğlubiyyəti itin qabağına atsan, it də yeməz. Yeyən yedi, amma onlar bu futbolçular deyil.

Üçgündən bir oynamağa hazır olmadığımızı bildirib, bunu oyunçuların şəxsi performansının aşağı olmasıyla əlaqələndirənlər əsl həqiqətin gözünün içinə dik baxmayanlardı.

Kimlər ki reallığı kompeks qiymətləndirməyi bacarmır, yaxud özünü o yerə qoymur, iddialarını boş verin getsin.

Ölkədə vur-tut 20 futbolçu ola, ya olmaya və Nikola Yurçeviç də bir çoxunu milliyə çağırıb.

Xorvatiyalı Macarıstanla oyunla müqayisədə əsas heyətdə bir neçə dəyişiklik etməsəydi belə, biz yenə Slovakiyanı udan deyildik. Hətta ümusmiyyətlə yığmadan kənarda qalanlar da meydana çıxsaydı, dəyişən bir şey olmayacaqdı.

Zaman Qurban Qurbanovun lehinə işləyir. Nə tökərsən aşına, o da çıxar qaşığına. 5 ay öncə Qurbanovu zurna-balabanla yola salanlar indi ona etdikləri haqsızlığın cavabını futbolun ədalətindən alır.

O, Kosovoya görə göndərilmişdi, deyilmi? Həmin bəyənmədiyimiz Kosova 1 gün öncə səfərdə Bolqarıstanı dizə gətirdi, lakin biz 3 oyuna qapısın 10 top buraxan komandayıq bu gün.

Onun da səkkizini doğma meydanda, «istefa» şüarlarını eşidə-eşidə.

Hədəf Avro-2020-yə getmək idi, hə? Milləti «göydən 3 alma düşdü» ilə başlayan növbəti nağıla inandıranlar sözü Yurçeviçə buraxıb indi.

Guya müqəssir o və komandasıdı. «Heç bir şey göstərmədilər, görmədik» deyənlər dönüb bir Premyer Liqaya baxsınlar, bir əldən idarə olunan klubların halını incələsinlər,

Qurbanovun arxasından çevrilən işləri, atılan böhtanların miqyasını gözə alsınlar. Çayı keçməmişdik ki dəryada da boğulaq.

Bugünə gəlirdik. Asta-asta, aram-aram yox, iri addımlarla.

Nə Macarıstan Avropanın güclüsü hesab olunur, nə Slovakiya. Sıradan ortabab komanda saylıır hər ikisi. Amma açıq-ara fərqı nümayiş etdirdilər bizə.

Sən 8 klublu Bakı çempionatı keçirirsənsə, onların da dörd-beşi əldəqayırmadısa, millin 1:5 hesabıyla da uduzar, 1:15 də.

Rəqabətsiz, səviyyəsi düşük çempionatdan çıxan futbolçulardan nə istəyə bilərik ki, hələ umaq və küsək də?

ELNUR

Store Neftchi
Xəbər Lenti
8 İyul 09:00 Bu da növbəti transfer