Avroliqa finalı - Azərbaycanın daha bir təşkilatçılıq uğuru

5 İyun 2019 16:36 Köşə 689
Avroliqa finalı - Azərbaycanın daha bir təşkilatçılıq uğuru

Azərbaycanın ən mötəbər beynəlxalq idman yarışlarına uğurla ev sahibliyi etməsi artıq çoxdandır şübhə doğurmur.

Belə tədbirlər sırasına daha biri də əlavə olundu və ilk dəfə futbol növü üzrə ən mötəbər yarışlardan birinin həlledici qarşılaşması idman sahəsində Odlar yurdunun nümunəvi təşkilatçılığının bariz nümunəsi oldu.

Mayın 29-da Avropa liqasının Bakı Olimpiya Stadionundan 200-dək ölkədə canlı yayımlanan final görüşü başlanmazdan əvvəl tarixə bir çox yenilikləri ilə iz qoymuşdu.

Tarixdə ilk derbi kimi yer alan Londonun “Çelsi” və “Arsenal” komandaları arasındakı final oyununa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və onların ailə üzvləri, eləcə də dövlət rəsmiləri arenadan tamaşa ediblər.

Matçda dövlət başçısının iştirakı ilə daha bir diqqətçəkən məqam, onun selfi etmək istəyən azarkeşə tərəf gələrək, şəkil çəkməsinə şərait yaratması və daha sonra fəxri tribuna qarşısındakı lojada əyləşən sadə azarkeşlərlə səmimi söhbət edib, onlarla əl sıxması oldu.

Bu kadrları çox müzakirə etmədən Azərbaycan dövləti rəhbərinin onun səmimiliyi, adi vətəndaşlarına münasibəti, diqqətcilliyi ilə yanaşı, qısqanclıq zəminində dövlətimizə istənilən iftiranı yaxmağa cəhd göstərənlərə bir daha ən təbii görk nümunəsi idi.

Amma bədxah simasını göstərməyə cəhd edənlərə ən gözəl spontan cavab tək bu olmadı.

Əlbəttə, tarixdə ilk dəfə böyük futbol matçına ev sahibliyi edən Azərbaycanın Avropa liqasının final qarşılaşmasını uğurla keçirəcəyinə heç bir şübhə yox idi.

Çünki ölkəmizin təşkilatçılıq təcrübəsinin tarixçəsi belə deməyə əsas verirdi. Təbii ki, UEFA kimi bir qurum da hazırlıqsız ölkəyə, şəhərə, stadiona heç vaxt öz yarışının final oyununu etibar etməz.

Çünki bu maliyyə, menecment, nüfuz, etibar və inam məsələsidir. Bakının bu oyun üçün seçilməsi də təsadüf deyildi və ölkəmizin təşkilatçılıq təcrübəsinə əlavə olunan daha bir qəti zəfəri nümunəsidi.

BATI YAR

Store Neftchi
Xəbər Lenti
8 İyul 09:00 Bu da növbəti transfer