Azərbaycan futbolunun Oqtay Abdullayev pazı

27 May 2019 18:12 Köşə 1 374
Azərbaycan futbolunun Oqtay Abdullayev pazı

Bütün dünyada belədir: Veteranlar ölkə futbolunun inkişaf etdirilməsi üçün səlahiyyətlidirlər.

Federasiya və klublarda yüksək vəzifə tuturlar, iş görürlər, bilik və bacarıqlarını futbolun inkişafına sərf edirlər.

Vəzifəsi olmayanlar da kənarda qalmırlar, tənqid edirlər, fikir bildirilər, təkliflər verirlər. Onların tənqidi “düşmən fikri” kimi qəbul edilmir, nəzər alınır, dəyərləndirilir.

Bu, bütün dünyada belədir. Amma Azərbaycanda belə deyil. Azərbaycanda futbola futboldan anlayışı olmayanlar rəhbərlik edirlər. İstər federasiya olsun, istərsə də klublar.

Veteranlar futboldan tamamilə təcrid ediliblər. Futboldan anlayışı olmayanlar Veteranlar İttifaqı adlı bir qurum yaradaraq, ora bir iki yaltaq-yultağı toplayıblar. Toplayıblar ki, söz demək istəyənlərin ağzından vursunlar.

Azərbaycanda Futbol Veteranları İttifaqına Oqtay Abdullayev adlı birisi başçılıq edir. Guya “Neftçi”nin futbolçusu olub. Cəmi-cümlətanı 3 oyun keçirib “Neftçi”də.

Sonra komandanın sürücüsü olub. İndi bu sürücü Azərbaycan futbolunda can qoyan veteranlara ağıl verir. İndi bu sürücü bir paz olub girib Azərbaycan futbolunu içinə.

Hələ bir dəfə də olsun Azərbaycandakı futbolun durumu ilə bağlı müzakirə təşkil etməyib bu qurum, veteranların fikirlərini öyrənməyib, təkliflərini verməyib.

AFFA rəhbərliyinə müraciət edərək “axı niyə bu qədər vəsaitin müqabilində bizim futbolumuz belə rəzil durumda olmalıdır” sualını da verməyib.

Nöşün ki, həmin vəsaitdən bu paz da öz payını alır. Bu paz veteran olmaya-olmaya 4 vəzifə sahibidir.

Azərbaycanın futbol veteranları tam haqları çatdığı üçün Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqını təsis edirlər.

Bu paz dingildəyir, narahat olur. Deyir ki, Nazim Süleymanov veteranları ayırır? Bu veteranlar nə vaxt birləşmişdilər ki, ayrılsınlar da?

Əslində bu təşkilat elə həmin veteranları – Azərbaycan futbolundan didərgin salınmış, amma futbolda sərfə etdikləri əmək Oqtay Abdullayevin əməyindən min dəfə çox olan adamları bir yerə toplamaq, onların, rəzil duruma salınmış futbolun inkişafında potensialından yararlanmaq, səslərinin eşidilməsini təmin etmək üçündür.

Azərbaycan futbolunun simalarından olan Vidadi Rzayev Gəncədən fikir bildirir. Bakıda bu paz dingildəyir, narahat olur. Baxmayaraq ki, Vidadi Rzayevin futbolda atılan dırnağı da deyil bu adam.

Xəbər göndərir ki, bəlkə Vidadi Rzayevə Avropa Liqasının finalına bilet verək? Rzayev də xəbər göndərir: “O bileti apar sox...”

Elə bilir ki, hamı özü kimidir, pay alıb, yaltaqlanacaq. Görür ki, yox, onun kimi olmayanlar, sözünün demək istəyənlər də var.

Varsa, onlara qarşı mübarizəyə qalxır.

Onları ara qarışdırmaqda, çaxnaşma salmaqda ittiham edir. Bütün paybazların, pazların ənənəvi metodudur bu.Oqtay Abdullayev Azərbaycan futbolundakı pazdır.

Azərbaycanda futbolu inkişaf etdirmək, bu sahədə futboldan anlayışı olanların söz sahibi olmasını təmin etmək üçün əvvəlcə belə pazlardan qurtulmaq vacibdir.

Natiq Muxtarlı

Store Neftchi
Xəbər Lenti
8 İyul 09:00 Bu da növbəti transfer