Bu futbolçuların Azərbaycana heç bir aidiyyatı yoxdu

22 May 2019 18:48 Köşə 1 059
Bu futbolçuların Azərbaycana heç bir aidiyyatı yoxdu

Milli komandamızın heyəti açıqlanıb.

27 futbolçudan cəmi 13-ü Azərbaycan futbolunun, onlardan da altısı “Neftçi”nin yetirməsidi.

Millimiz dünyaya tam bir multikulturalizm örnəyidi. Çünki qalan 14 futbolçudan altısının Azərbaycana heç bir aidiyyatı yoxdu...

Bütün bunlara uğurlu nəticələr olsa, göz yuma bilərik. Amma milli komanda gələn il həmçinin Bakıda keçiriləcək Avropa çempionatına qatılmaq şansını itirib, millimizin yerli futbolçulara daha çox güvənən baş məşqçisi qovulub, yerinə əcnəbi gətirilib,

10 illik inkişaf proqramı da öz yerində. Necə deyərlər, #şirokoşaqaetAzerbaydjan.

İndi isə baxaq görək, çağırılan futbolçular hansı ölkələrin, məktəblərin yetirməsidi.

Rusiya - Şahrudin Məhəmmədəliyev, Bədavi Hüseynov, Aleksey İsayev, Ramil Şeydayev, Emin Mahmudov

Ukrayna - Anton Krivotsyuk, Pavel Paşayev, Rəşad Eyyubov

Braziliya - Riçard Almeyda

İsrail - Əli Babayev

Almaniya - Renat Dadaşov, Rüfət Dadaşov, Dmitriy Nazarov

Bu futbolçuların ən azı altısının - Şahrudinin, Bədavinin, Alekseyin, Antonun, Riçardın, Dmitrinin aşağı-yuxarı Azərbaycanla heç bir əlaqəsi yoxdu.

“Nənəsi o vaxt babasına azərbaycanlı ilə xəyanət edib” tipli nağıllara isə inanan yaşımız deyil.

Eddi Silvestr Paskual İsrafilovun ilk klubu “Milan” göstərilsə də, adamın inanmağı gəlmir.

Çox güman, bu qədər hənagamədən sonra özü də çaş-baş qalıb ki, haranın yetirməsidi, kimdi, nəçidi, kimlərdəndi?

“Neftçi” – Emil Balayev, Rahil Məmmədov, Ömər Buludov, Araz Abdullayev, Ağabala Ramazanov, Mirabdulla Abbasov

“Bakı” – Mahir Əmrəli, Namiq Ələskərov
“Qarabağ” – Maksim Medvedev, Qara Qarayev
“Qəbələ” – Bəhlul Mustafazadə
"İnter" - Şəhriyar Rəhimov, Səlahət Ağayev

Beləcə, milli komandamıza çağırılan futbolçuların yarıdan çoxu başqa ölkələrdən transferlərdi.

İllərdi futbolumuza çəkilən xərcin, büdcədən axan pulların məntiqi sonluğu belə olmamalı idi.

Anar Şabanoğlu

Store Neftchi
Xəbər Lenti
8 İyul 09:00 Bu da növbəti transfer