Futbol üzrə Azərbaycan kubokunun final oyunu zor-bəla baş tutdu.
Şükür kərəminə, Allah!
Ancaq futzal üzrə Azərbaycan kubokunun yarımfinal qarşılaşmalarından biri olmayacaq. Nöşün ki, yarımfinalın iştirakçılarından biri – “Xəzər Cənub” fəaliyyətini dayandırıb.
“Xəzər Cənub” futzaldakı monopoliyaya, saxtakarlığa, dələduzluğa, əclaflığa, şərəfsizliyə etiraz əlaməti olaraq fəaliyyətini dayandırıb.
Komanda çempionatı ikinci pillədə başa vursa da, “Araz”la qarşılaşmadan sonra mükafatlandırma mərasiminə də qatılmayıb.
Yaxşı da ediblər.
Azərbaycanın futzal çempionatı bir Axundun nəzarətində, monopoliyasındadır. Cəhənnəmdən gəlmiş köhnə dərvişə bənzəyən bu Axund futzalda öz bildiyini edir.
Bildiyi də oğru-quldurun bildiyidir. Çap, tala, mənimsə. Və beləcə, futzalın inkişafına yardım etmək istəyən şəxslər –sahibkarlar bu sahədən qaçaq düşürlər.
“Xəzər Cənub”un qurucularından biri olan İlkin Mirzəyev bildirib ki, bəlkə gələcəkdə şərait dəyişsə, şəffaflıq olsa, onda komandanı yenidən bərpa edə bilərlər.
İlkin bəy, gəlin sizə bir söz deyim. Almaniya ona görə inkişaf etdi ki, almanlar belə axundları - əliəyriləri, oğruları, dələduzları güllələdilər.
Bizdə isə belələrini güllələmirlər, bizdə belələrinə iş tapşırılar, vəzifə verirlər. Axund həmişə olacaq. Futbolda da, futzalda da.
İlkin bəy, gəlin sizə bir təsəlli də verim: heç nə dəyişməyəcək, heç nə düzəlməyəcək.
Tural Turan

