ParaGÖZlər

14 May 2019 17:24 Köşə 918
ParaGÖZlər

İki baş məşqçi tanıyıram ki, əli və ayaqları hər yerdən üzülüb.

Samir Abasovdu biri, biri də Tərlan Əhmədov.

Bri iddialı «Zirə»ni iddiasızlaşdırıb, biri titulla təhvil aldığı «Keşlə»ni Premyer Liqanın sonuncusu edib.

Bu gün hər ikisi buyurur ki, düşərgəyə od vuracam, lazım bildiyim futbolçuların yarıdan çoxunu, hətta 95 faizini qovacam və komandanı gələn mövsümdə güclü edəcəm.

Onlar iddia etdi, vədləri ora-buralarına yaxdı, siz də inandız, eləmi?

Nə Samir Abasov «Zirə»ni, nə də Tərlan Əhmədov «Keşlə»ni abrlı hala gətirəsidi.

Pişin ağzı ətə çatmayanda «uf, iy gəlir» deyər. Bunlar da bu ili belə yola verdilər.

Hər ikisinin qayğısı «mani-mani»di. Abasov «Zirə»də 8000, Əhmədov «Keşlə»də o həndəvərdə maaş alır.

Az puldu? Düşünürlər ki, iş görməyə-görməyə, kubok/medal qazanmaya-qazanmaya bir ətək pul qazanıram, niyə gedim?

Allahın qədərindən qaçmaq olmaz. Kim qədərini özü müəyyənləşdirmək istəyib, həmişə «yanıb». Abasovla Əhmədov elə fikirləşməsin ki, kreslodan dördəlli yapışmaq durumu xeyirlərinə dəyişəcək.

Çox böyük yanlışa yol verirlər. Tanrı hər ikisini cəzalandıracaq. Ona görə ki, bacarmadıqları işin qulpundan yapışıblar. Calaq vurmaqla, özünü soxuşdurmaqla deyil e!

Futbol adalət üzərində bərqərar olub. Gec-tezi var, haqq yerini tutacaq. Futbolçuları qovmağı xilas yolu sayanlar sırf öz cibinin qayğısına qalanlardı.

Biriləri göndəriləcək, biriləri gətiriləcək, büdcə dağıdılacaq. Komandaya qatqısı olmayan, oyunçuların zəhləsini tökən məşqçilərin verəcəyindən çox, alacağı var.

O alacaq puldu. İstər Abasov, istərsə də Əhmədov şəxsi çıxarlarına görə istefa ərizəsi yazmağa qorxdular. Qorxanın isə… Uğuru olmaz.

«Zirə» və «Keşlə» gələn «futbol ili»ni hazırkı baş məşqçiylə açsalar, növbəti dəfə fiaskoya uğrayacaqları.

Bilsinlər bunu.

SEYİD

Store Neftchi
Xəbər Lenti
8 İyul 09:00 Bu da növbəti transfer