
VİRTUAL DİALOQ: "Səbail"in icraçı direktoru Ramin Həsənov uzun müddətdi simasını görüb səsini eşitmədiyi Elxan Məmmədovla «Bakcell Arena»da üz-üzə gəlir.
Onların görüşünə vəsilə Aftandil Hacıyevdi. Komandaya bürünc medal qazandıran baş məşqçiyə görə köhnə dostlar stadionda ayaqüstü söhbətləşmək fürsəti əldə edir.
R.Hacıyev AFFA-nın baş katibinə:
- Salam, ağam. Xoş gördük! Nə gözəl təsadüf…
- Gəl, bura, əlini mənə. Qoy, kənardan baxanlar sənin Hacıyevin uğuruna içdən sevinmədiyini görməsin.
- Nə hala düşdüyüm hiss olunur, hə7
- Bunu mən hiss edirəm, qaldı başqaları.
- Hərriiii e… Çox çalışdım, amma bacarmadım.
- Nəyə çalışdın?
- İstəmirdim aftandil üçüncü yeri götürsün. Komandanı tamamilə öz nəzarətim altına keçirə bilmədim. Hər şey elə fırlandı ki… Özüm də bilmirəm indi nə edim.
- Nə edəcəksən?! Get, Avropa Liqasına hazırlaş.
- Komanda birinci mərhələdə mübarizəni dayandırsa, Hacıyevi göndərəcəm. Yığmışam əlindən. Məni saymır. Ağam, sonra mənə kömək edərsiz?
- Yenə nə istəyirsən? Nə kömək..?
- Aftandilin «torba»sını tiksəm, yerinə adam tapmaqda mənə əl tutmağınızı indidən xahiş edirəm.
- Ay səni… Sən nə qədər çox bilirsən. Guya, namizədin yoxdu da özünün. Mənə yox da… Axı sən hələ mənim tələbəmsən.
- Əlbəttə, ağam. Mən bunu hər yerdə deyirəm ki, Elxan müəllimin tələbəsi olmuşam, onun böyük məktəbini keçmişəm.
- Yox, yalan demə. Sən hələ tələbəsən. İkinci kurs tələbəsi. Baxacam, görüm, gələn il imtahanı necə verəcəksən.
- Verəcəm.
- Baxaq da…
- Söz verirəm!
- Mən sənə həmişə inanmışam və müdafiə etmişəm.
- Bilirəm, sağolun, çox sağolun!
- Sən hələ çox şey bilmirsən.
- Razıyam, amma söz verirəm ki, hamısını öyrənəcəm!
- Bir məşqçinin öhdəsindən gələ bilmədin. Amma mən… Gördün də, ilin əvvəlində nə etdim?!
- Gördüm ağam, gördüm.
- Sən də bax, elə ol! Durmuşam dalında.
- Həmişəki kimi.
- Yaxşı ki, bunu bilirsən. Get, işində ol! Sənə heç kim dəyib-dolaşa bilməz. Oqtay Abdullayevdən götür də…
- Bağışlayın, ağam, sizdən bir söz soruşmaq istəyirəm, olar?
- De gəlsin!
- Oqtay Abdullayevdə nə var, deyin, gedim götürüm.
- Ay Ramin, ay Ramin. Sən hələ də «Mançester Yunayted»in Yay Düşərgəsində qalmısan.
- (Ramin Həsənovun üzünə kədər çökür) Ağam, siz desəz, mən ora qayıtmağa hazıram.
- Sənin dünyadan xəbərin yoxdu, ey! Ora 1 ilidi bağlanıb.
- Hə? Nə gözəl, nə gözəl…
- Elxan Məmmədov onu tərs-tərs süzür) Nəyi gözəldi, nə danışırsan? Gül kimi yer açmışdıq, bağladılar.
- Hə…. Yaxşı pul qazanırdıq, heyif…
Araya bir anlıq sükut çökür. Ramin Həsənov səsi titrəyə-titrəyə sözünə davam edir:
- Mən elə demək istəmirdim, ağam. Fikirləşirdim ki, canım qurtarıb inzibatçılıq eləməkdən, şəkil çəkməkdən.
- Mən belə də başa düşdüm. «Səbail»in «vatçap» qrupunda nəyi necə yazırsan, burda yenə o cür danışırsan.
- Müəllim, ondan da xəbəriniz var?
- Mənim hər şeydən xəbərim var.
- İcazə versəydiz, AFFA-da gələrdim yanınıza. Vaxtınız olsaydı, oturub 5-10 dəqiqə söhbət edərdik.
- Bunu başqa yerdə demə. AFFA-da hamı bilir ki, sən Xanım xanımdan çox olursan beşinci mərtəbədə.
- Düz buyurursuz!
- Hələlik onda. Get indi işinlə məşğul ol.
- Baş üstə!
Mərdiməzar

