Aftandil Hacıyevə təklif gəlib.
Zəngi vuran xarici klub deyil, çox təəssüf.
Arayan öz yandaşlarıdı, «Səbail»dən.
Öz aramızdı, bizlər də götürüb bu xəbəri manşetlərə daşıyırıq. «Səbail» Aftandil Hacıyevə yeni müqavilə təklif edib» başlığı ilə, yekə-yekə…
Təklif etmək və müqaviləni uzatmaq «Səbail»lilərin borcudu. Başqa nə ola bilər axı…
O. komandanı Premyer Liqadakı ikinci ilində bürünc medalçı edib, Avropa Liqasına vəsiq qazandırıb.
Faktiki bu ağırlığı tək çəkib. Komandanı balaca kürəyində tək daşıyıb. Olmasın Ramin Həsənovun bu barədə kəlmə kəsməsini görüm! Danışan dili yara basar.
Mən bilirəm ki, icraçı direktor postunu tutan bu müqəvva baş məşqçiyə «torba» tikmək üçün nə kimi vasitələrə baş vurub, düşərgədəkiləri ondan iyrəndirməyə çalışıb.
Hər qələbə zəhər kimi vicuduna yayılıb, rəngini saraldıb, qanını qaraldıb, kefinə soğan doğrayıb. Bir sözlə, ləzzət almayıb, həmin sevinci daxilən yaşamayıb.
Dəhşətli dərəcədə təhlükəli fiqurdu. Aftandil Hacıyev bahının üstündəki zatın ayağının altını qazmağa hər an fürsət gəzdiyini bilə-bilə işindən soyumayıb, davam etdirib və…
İndən belə görəvdə qalmaq haqqıdı! Azı daha 1 il.
Aftandilin yerində olmağı, bu müddətdə yaşadıqlarını heç düşmənimə də rəva bilmirəm.
Sadəcə, inanılmazdı! Amma gerçəkdi.
Tanrı Premyer Liqada ilk ilini keçirən gənc məşqçiyə bundan gözəl «siftə qonaqlığı» verə bilməzdi. Bürünc medal nemətdi. Təbii ki, qədrini bilmək lazımdı.
Ramin Həsənov baş katibin vassalıdı. Xəbər aparıb-gətirənidi. «ASCO Arena»nın rəngsazı, içini çölünə satanıdı.
Ona sərf etmirdi ki, başqa «kanal»la gələn məşqçi komandanı güclülər dəstəsinin ən güclü 3 iştirakçısından biri etsin.
Hacıyev futbolçularla arasında yaratdığı səmimiyyət hesabına bu yekə «asteroid»in yaratdığı təhlükəni özündən uzaqlaşdırdı, ona çırpılmadı.
Suyu bulandırana, ara vurana, VİP-lojada demoqoqluq edənə münasibətdə dözdü, dözdü, dözdü… Sonucda da Yaradanından öz mükafatını aldı!
Di, Həsənov, qal yana-yana, qovrula-qovrula!
ELXAN

