Azərbaycanın idman naziri Azda Rəhimov cantaraqdı.
Hərdən adamı sövq edir ki, başdan yekə işlər görsün.
Başdan da yekə işlər görəndə başlayır xalqın başı ağrımağa. Məsələn, Azad müəllim bir dəfə başdan yekə iş görüb, Formula-1 yarışını Azərbaycana gətirib.
Artıq bir neçə ildir ki, bütün Azərbaycan xalqı nazirin əmvatına salavat çevirməklə məşğuldur. Hələ bir neçə il də çevirəcək.
Əcnəbilər də istəyirlər ki, o başı yesinlər. İndi də ruslar bizim nazirin başını yemək istəyirlər.
“Sarıqulaqlar” nazirimizə deyiblər ki, gəlsənə, KHL-in (Kontinental Hokkey Liqası) oyunlarını Bakıda keçirək?
Dələduzlar bu “başyemə”dən yaxşı qazanc tutduqlarını görən ruslar şirnikləniblər. Nazirimiz də onlara “yox” cavabı verməyib, amma ümid verib.
Demək ki, Azərbaycan xalqının görəcəkli günləri hələ qabaqdadır.
Ay nazir, axı nəyinə lazımdır KHL oyunları. Vallah-billah, kampaniya apararıq, xalqa əmvatınıza çevirdiyi salavatın qədərini artırar.
Gəlin siz, ruslara baş yedirtməyin. Yaxşısı budur ki, ruslar sizin bozbaşınızı yesinlər...
MƏRDİMƏZAR

