Hakim görmək istəyib, israr edib, Monroz da...

16 Aprel 2019 14:00 Köşə 710
Hakim görmək istəyib, israr edib, Monroz da...

Bah, Azərbaycanın futbol ictimaiyyətinin “qeyrət” damarı tutub yenə də.

Nə var, nə var, guya “Qəbələ”nin futbolçusu Jozef Monroz hakimə nəsə göstərib, bunlar da onu görüblər.

Yəni ona əsəbiləşiblər ki, Monroz o nəsəni elə göstərməliymiş ki, bunların gözünə sataşmasın.

Monroz yazıq neynəsin axı, hakim görmək istəyib, israr edib, o da məcbur qalıb, göstərib. Həşəmətli futbol ictimaiyyətinin də “çest”inə dəyib bu göstəriş,

Amma bu ictimaiyyət bir həftə əvvəl “Neftçi”nin azarkeşləri “Qarabağ” sənin ananı...” deyəndə, “mıq” da etmədi.

Qulaqları eşidirdi. Stadionda olanların da, ekran qarşısında əyləşənlərin də.

“Qarabağ” sənin ananı...” söyüşü təkcə bir kluba ünvanlanmamışdı.

Elə Qarabağa, qarabağlılara ünvanlanmışdı. Onda nə qarabağlıların səsi çıxdı, nə də indi Monrozu ittiham edənlərin.

Yox bir, Monrozun hərəkəti bunların “çest”inə dəyibmiş. Hansı hərəkəti? Hakim görmək istəyib, israr edib, bu yazıq da göstərib də...

Mərdimazar

Store Neftchi
Xəbər Lenti
8 İyul 09:00 Bu da növbəti transfer