Hakimin əlavə etmədiyi dəqiqədə çempionluğa oynayan "Neftçi" bərabərlik qolunu vurmaqla özünə ciddi mənada əl tutmasa da, badalaqları ilə "aqaralar"ı azı beş xal geri salmış "Səbail"in "bürünc savaşı"na müdaxilə etmiş, "dənizçilər"in önəmli iki xaldan məhrum etmiş oldu.
Bəlkə sonda məhz bu xallar Aftandil Haciyevin komandasını medalsız, hətta çox arzulanan Avropaya vəsiqəsiz qoyacaq...
Daha zaval yoxdu! Turnir cədvəlində yerlər dəyişəç "Səbail" mövsümü medalsız, dördüncü yerde başa vura bilər.
Amma dünən Premyer Liqamızda debüt mövsümünü keçirən Aftandil Haciyev məşqçi adına tam layiq olduğunu və ən əsası "bürünc"ü haqq etdi; sonda qazansa da, qazanmasa da...
Yox-yox, hərdən fərə təsiri bağışlayan Roberto Bordinin "Neftçi"sindən xal almaq, onu üstələmək qəhramanlıq deyil.
Amma 50 gün ərzində müdafiəyə bu qədər diqqət yetirən italiyalıya qarşı oyunlarda daha kasad və kasıb heyətlə əvvəlcə üstünlük qazanıb onu qorumaq, sonra isə hesabda geri düşüb ve yenidən az qala qələbə qazanmaq sıradan olay deyil.
Hesabda geri düşəndən sonra oyunun müqəddaratını dəyişməkdə böyük çətinlik çəkən Bordinin "Neftçi"si eyni zamanda hesabda önə keçdikdən sonra da rəqibinə oyunun taleyini dəyişməyə imkan vermir.
Amma dünən buraxılan qoldan sonra Haciyevin gedişləri Bordin üçün tapmacaya döndü, möhkəm tilsimi isə çilik-çilik oldu...
Yox-yox, hərdən "ulduz xəstəliyi"nə tutulmuş birisinə bənzəyən Bordinin tilsimini çilik-çilik etmək da qəhramanlıq deyil.
Lakin bunu oyunun ən əhəmiyyətli məqamlarında meydana 17 yaşlı Ədilxan Qarəhmədovu buraxmaqla bacarmaq sıradan olay da deyil.
Yəqin dünənə kimi bu uşağı onun məqşi və komanda yoldaşlarından heç kim tanımırdı.
Dostu Ayxan Abbasovla birgə Premyer Liqamızın ən gənc məşqçisi titulunu daşıyan Haciyev dünən gənc futbolçusuna etimad göstərib, onun qolu sayəsində 2-ci turdan bəri davam edən "Neftçi"nin 238 günlük liderliyinə son qoydu...
Yox-yox, Moldovada yaşadığı çempionluq xaric karyerası ərzində ciddi nəticələrlə yadda qalmayan Bordini taxtdan salmaq da qəhramanlıq deyil.
Amma bunu ciddi səbəb olmadan qol vuran Mirabdulla Abbasovu əvəzləyən həmkarından fərqli təmamilə uğursuz oyun keçirən Ağabala Ramazanovu son dəqiqəyə kimi meydanda saxlayıb və onun qolu ilə hesabda önə çıxıb məşqçi hissiyatını nümayiş etdirməklə bacarmaq...
37 yaşlı Aftandil Hacıyev Premyer-liqamızda debüt mövsümünü keçirir. Maraqlıdı ki, komandası uzun müddət turnir cədvəlinin 3-cü pilləsindən bərk yapışsa da, nədənsə heç kim "Sabail"i ciddiyə almağa tələsmir, bunu təsadüflə əlaqələndirir.
Amma dünən "Neftçi"ni ardıcıl ikinci dəfə büdrədən Haciyev və komandasının qarşısında "Qarabağ"ın da qələbə hesabını müəyyən mənada bəxti sayəsində qoruduğunuı xatırlayaq.
"Sabail"in Premeyer-liqanın ən sabit komndası olduğunu da qeyd edək: ilk dövrə 10, sonra 11 və üçüncü düvrə yenə 10 xal.
Nəhayət, həlledici 4-cü düvrənin ilk üç oyununda 4 xal toplayan "dənizçilər" son dörd matçda qrafiklərinə uyğun 6-7 xalı toplaya bilsələr çox arzulanan "bürünc"ü təmin edəcəklər.
Ancaq son nəticədən asılı olmayaraq, Aftandil Haciyev debüt mövsümünü medalla başa vurmağı artıq haqq etdi!
Toğrul Əsgər

