Premyer Liqada əvvəldən gözlənilən və ən mühüm məsələ rəsmi təsdiqini tapdı.
Artıq çempionluq yürüşündə şərik liderlərə nəzəri cəhətdən də mane ola biləcək qüvvə yoxdu.
"Neftçi" və "Qarabağ» çempionu müəyyən edəcəklər. Əlbəttə, hələ həllini gözləyən məsələlər qalır.
Avropa liqasında ölkəmizi təmsil edəcək komandalar müəyyən edilməlidi. Həmçinin elitanı tərk edəcək kollektiv də son turlarda aşkarlanacaq.
"Çempion kimdi" sualının aktuallığı yarışa maraq qatan ən böyük amildi.
Bəlkə də bu olarsa, ilk dəfə tribunalarda bu günə qədər heç kimin cəlb edə bilmədiyi, bəlkə də etmək istəmədiyi azarkeşlərin çoxsaylı sırasını müşahidə bildik.
Söz yox ki, oyun məzmunu, elementləri baxımından komandalara çox suallar olsa da, hələlik meydandakı mübarizənin kəsəri daha vacib görünür.
Çünki oyunla bağlı suallar yalnız Avropa klub kuboku turnirlərinin süzgəcindən əhəmiyyətlidi. Qısa desək, bu mənada cari mövsüm klublarımızın itirdikləri daha çox olub, nəinki qazandıqları.
Lakin hazırkı rəqabət səviyyəsi və ən əsası, gərginlik liderlərə yeni stimul da verə bilər. Axı yeni mövsüm üçün onlar heyətdə nəyi dəyişməli, nəyə əl gəzdirməli olduqlarını əyani görməlidirlər.
Üstəlik, «Qarabağ»ın ötənilki acı təcrübəsi var. «Neftçi» isə yeni formalaşma dövründə zəif cəhətlərini əyani görmək imkanı əldə edib.
Xüsusən də ötən il Macarıstandakı faciəvi səhvlərin təkrar olunmayacağına güvənmək istərdik.
Çempionluq 13-14.04 18-19.04 27.04 05.05 11.05
"Qarabağ"
"Sabah" (e)
"Keşlə" (e)
"Zirə" (s)
"Səbail" (e)
"Neftçi" (s)
"Neftçi"
"Səbail" (s)
"Sabah" (s)
"Sumqayıt" (e)
"Qəbələ" (s)
"Qarabağ" (e)
BATI YAR

