Bordin bu futbolçuları özündən də çox istəməlidi

9 Aprel 2019 17:12 Köşə 1 010
Bordin bu futbolçuları özündən də çox istəməlidi

Roberto Bordin «Neftçi»nin baş məşqçisidi. Ötən ilin iyunundan bəri.

O vaxt- bu vaxt çox şey dəyişib komandada.

Sezonun əvvəlində kim mikrafon götürüb, «Neftçi»nin çempionluq uğrunda mübarizə aparacağını bəyan etsəydi, daş-qalağa məruz qalardı, əqli inkişafdan geri qalması iddia olunardı.

23 həftə geridə qalıb, «Neftçi» başından bəri götürdüyü liderliyi hələ də özündə saxlayıb. Doğrudu, bu yolda yeganə rəqibi olan «Qarabağ»ın yeni ildən sonra çoxsaylı xal itkisinə yol verməsi də bunda pay sahibidi.

Lakin «Neftçi»nin zirvədən qopmamaq üçün inadkarlığını vurğulamaq gərək. Bu, ümumən klubun düzgün idarə olunmasının göstəricisidi.

Tərlan Əhmədovdan sonra komandanın çöküşə keçməməsi, əksinə, iddiasını bir qədər də artırması rəyasətdə yer alanların məsul olduqları sahəyə məsuliyyətlə, ürəklə yanaşmasını təsdiqləyir.

Bordinin bəxti gətirib. İstər yuxarıdakılara, istər meydandakılara görə. VİP-in daimi sakinlər bir nəfər kimi uğura konsentrasiya olub, özünü ona kökləyib.

Yaşıl sahədə isə səviyyəli ifaçılar yığışıb. Hansılar ki, yanan barmağa sü tökməyi bugündən sabaha saxlamırlar.

Baqali Dabo, Elmin Mahmudov, Namiq Ələskərov, Soni Mustivar… Bordin bu futbolçuları özündən də çox istəməlidi.

Yetər ki, onlara özügüvən versin, improvizasiya etmələrinə icazə tanısın, əsas heyəti müəyyənləşdirərkən ədalət prinsiplərinə toxunmasın.

Belə edəndə, futbol ilahəsi də məşqçinin üzünə gülür. «Zirə»nin torunu silkələyən qol epizodlarının hamısına tək-tək baxın, fərdi səhvlərin yekun nəticəyə təsirini görəcəksiz.

Dünyanın düz vaxtı «Zirə» müdafiədə belə aciz, belə kortəbii, belə pərakəndə görüntü çizməyib. Usta ayaqlar istəkli olanda, Fərhad kimi dağ çapar!

Çatışmazlıqlar yoxdumu, var. Samir Abasov «Zirə»ni oyuna düzgün hazırlayıb, taktika lövhəsində xətalara yol vermişkən… «Neftçi» hələ uz qol vurdu.

Beynimi çox qurdalasam da, Bordinin komandasının sonuncu dəfə bu qədər qol epizoduna girdiyi oyun yadıma düşmür.

Hücum potensialı böyükdü və italiyalı mütəxəssis ənənəvi taktikasından imtina etsə, «Neftçi»nin çempionluğa layiq oyun ortaya qoyacağına əminəm.

ELXAN

Store Neftchi
Xəbər Lenti
8 İyul 09:00 Bu da növbəti transfer