Azərbaycanda futbol olmasa da, futbol azarkeşləri var.
Futbolu bilən, təhlil etməyi bacaran, sağlam düşüncəli azarkeşlər.
Bu azarkeşlər digər ölkələrin çempionatlarına baxa-baxa əsl futbol haqda bilgi toplayıblar, futbolu fitboldan futbolçunu fitbolçudan seçməyi bacarıblar.
Bu azarkeşlər dəqiq bilirlər ki, Mahir Mədətov heç vaxt futbolçu olmayacaq, elə fitbolçu kimi bitirəcək karyerasını.
Fitbolçunun meydana çıxıb “futbol oynayıram” deməsi əsl futbolu bilən azarkeşdə qıcıq yaradır axı.
Niyə də yaratmasın ki? Ona görə də Mahirə etiraz edirlər, deyirlər ki, ay bala, sən olsa-olsa, fitbolçusan ki, fitbolçu.
Hə, bu fitbolçu bu günlərdə “Sumqayıt” adlı həvəskar bir komandaya 2 qol vurub. Pah, pəstah başlayıb də.
Mədətovun atası sosial şəbəkədə paylaşım edərək, azarkeşlərə acıq verib. Yazıb ki, alın ha, yana-yana qalın ha, mənim oğlum 2 qol vurub.
Hələ bir yekə iddiada da bulunub, “Mahir yaxşı futbolçu olduğunu göstərdi” yazıb. Yəni azarkeşlərə deyib ki, sizin futboldan başınız çıxmır.
Əsəbiləşməyin, siz Allah, sadəcə yadınıza salın ki, Azərbaycanda belə bir gözəl atalar sözü var: “Kasıb, itinin adını gümüş qoyar”.
MƏRDİMƏZAR

