Essyenin AYAQLADIĞI Hacıyev

1 Aprel 2019 14:12 Köşə 1 102
Essyenin AYAQLADIĞI Hacıyev

Maykl Essyen son 7-8 ayda futbol oynamayıb, ideal formadan çox-çox uzaqdı.

Aftandil Hacıyev bunu bilə-bilə, görə-görə qanalının adını «Zirə» ilə oyunun iştirak ərizəsinə saldı, yanında əyləşdirdi.

Essyen ötənlərin Essyeni deyil, ulduzu çoxdan sönüb, artıq sıradan biridi, adi futbolçudu.

Hacıyev vaxtilə «Çelsi»də, «Milan»da, «Real»da oynamış paslanmış ulduzu sonadək ehtiyatda saxlamasıyla öyünməsin, özünü gözə soxmasın.

Essyenin hazır olmadığı halda, adının protokola yazılması bir baş məşqçi kimi Aftandil bəyin zəifliyi, məğlubiyyətidi.

Hətta «Zirə» üzərində qələbə də bu hadisənin kölgəsində yatır. Ayıb olsun ona! Çox ayıb!

Maykl Essyenin forması nә qәdәr düşüb ki, "Sәbail"in heyәtinә düşә bilmir. Elə isə Aftandil Haciyevi necə başa düşüm?

Bir futbolçunun özünə gəlməsinə hələ bundan sonra həftələr lazımdısa, onunla müqavilə bağlamaq bir səhv, iştirak ərizəsinə salmaq isə biabırçılıqdı, rəzalətdi.

«Səbail»də artıq balans yoxdu, itib. Səmimiyyətimə şübhə etməyin, yenə də bu fikirdə qalıram ki, nə Samir Abasov məşqçi olaraq böyüyəcək, nə də Aftandil Hacıyev.

Düzdü, xaraktercə tamamilə fərqli qütblərin nümayəndələridi, sadəcə, onları birləşdirən «qızıl orta» tez-tez relaks olmalarıdı.

Şayəd, «Səbail»in Avropa Liqasına vəsiqə qazanması Azərbaycan futbolunun növbəti faciəsi kimi tarixə keçəcək. Adamın dili gəlmir desin ki, Aftandil Hacıyev məşqçidi, «Səbail» də komanda.

Adi Zirə səfərinə 1 xal qoparmaq niyyəti ilə yollanan «Səbail»i mən heç buralarda görmürəm. Müvəqqətidi, sabun köpüyüdü.

Neft şirkətində bir balaca yenilik baş verən kimi, bu klub da başını yerə qoyacaq. Hamısı bir-biriylə əlaqəlidi. Hələ Azərbaycan futboluna belə mənasız klub gəlməyib.

«Səbail» saqqala salam verməyən futbolu ilə ürək bulandırır. Bayılda «Zirə»dən yaxşı oynamışdılar. Çox-çox yaxşı.

Amma uduzmuşdular. Zirədə o futbolu oynamadılar, amma qazandılar. Bax, futbol bu cür qəribəliklərlə doludu, bəzən ədalətli, bəzən ədalətsizdi.

Hacıyev bəxtə ümid edib meydana çıxan komandanın baş məşqçisidi. Onu daha heç nə maraqlandırmır - maaşını almaqdan savayı.

Quru əməkhaqqı üçün o postu tutanı mən məşqçi adlandırsam, futbol dünyasına xəyanət etmiş sayaram özümü.

MUSA

Store Neftchi
Xəbər Lenti
8 İyul 09:00 Bu da növbəti transfer