Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinə məğlubiyyətlə start götürdü.
Yığmamız tarixi ərzində qatılığı 14-cü seçmə mərhələnin ilk görüşündə Zaqrebdə Xorvatiyaya yenildi - 1:2.
6 dəfə dünya çempionatının, 1 dəfə isə Millətlər Liqasının seçmə mərhələsində iştirak edən komandamız 7-ci dəfə qitə birinciliyində mübaizə aparır.
"Maksimir" stadionunda millimiz 10-cu dəfə tsiklə məğlubiyyətlə başlamalı oldu. Yeganə start qələbəsini 2016-cı ildə Robert Prosineçkinin rəhbərliyi altında qazanan millimiz 3 dəfə də bərabərliyə imza atdı.
Seçmələrin start oyunları
AÇ-1996
Ağasəlim Mircavadov
7 sentyabr 1994. Buxarest. Rumıniya – Azərbaycan - 3:0
DÇ-1998
Kazbek Tuayev
2 iyun 1996. Oslo. Norveç – Azərbaycan - 5:0
AÇ-2000
Vaqif Sadıqov
5 sentyabr 1998. Koşitse. Slovakiya – Azərbaycan - 3:0
DÇ-2002
İqor Ponomaryov
2 sentyabr 2000. Bakı. Azərbaycan – İsveç - 0:1
AÇ-2004
Vaqif Sadıqov
7 sentyabr 2002. Bakı. Azərbaycan – İtaliya - 0:2
DÇ-2006
Karlos Alberto Torres
4 sentyabr 2004. Bakı. Azərbaycan – Uels - 1:1
AÇ-2008
Şahin Diniyev
2 sentyabr 2006. Belqrad. Serbiya – Azərbaycan - 1:0
DÇ-2010
Berti Foqts
6 sentyabr 2008. Kardif. Uels - Azərbaycan - 1:0
AÇ-2012
Berti Foqts
7 sentyabr 2010. Köln. Almaniya - Azərbaycan - 6:1
DÇ-2014
Berti Foqts
7 sentyabr 2012. Bakı. Azərbaycan – İsrail - 1:1
AÇ-2016
Berti Foqts
9 sentyabr 2014. Bakı. Azərbaycan – Bolqarıstan - 1:2
DÇ-2018
Robert Prosineçki
4 sentyabr 2016. San Marino. San Marino – Azərbaycan - 0:1
ML-2019
Qurban Qurbanov
7 sentyabr 2018. Bakı. Azərbaycan - Kosovo - 0:0
AÇ-2020
Nikola Yurçeviç
21 mart 2019. Zaqreb. Xorvatiya - Azərbaycan - 2:1
Keçək oyunla balı qənaətə. Ötürmələrin dəqiqliyi ilə yanaşı, bir az da fərqli istiqaməti və templəri qarşılaşmanın əvvəlində lap ümidləndirdi də.
Futbolçuların özlərinə güvənməyə başlaması müsbət hal idi. Bu da Avropa arenasında klub səviyyəsində ardıcıl məsul oyunların bəhrəsi hesab oluna bilər.
Sadəcə, potensial, bir az həyəcan və daha çox «səhv etməməli» kimi fikirlər bir az böyük düşünüb, böyük addım atmağa mane oldu.
Bununla belə, az-çox böyük futbol, böyük və əsl məşq sistemi içində daimi olan futbolçuların – millinin idarəedici qüvvəsinin, xüsusən Edd İsrafilovun bu rolda oyunu lap yerinə düşmüşdü.
Üstəlik, rəqibin daha çox Riçard Almeydadan çəkindiyi bir vaxtda məhz onun ön plana çıxması qeyd edilməlidi.
Rəqib Ramil Şeydayevi nəzərə almayaraq, taran tipli olub, bu təpərə uyğun oyun göstərməməsinə görə onu diqqətdən kənara qoymuşdular. İlk dəfə yol verdiyi səhv də bu inamı artırmışdı və o, yerində sözünü dedi.
Rəqib cinahlardan fəal olmaq üçün şans əldə etmişdi. Mərkəzdə isə hətta Luka Modriçlə də istəyinə nail ola bilmirdi. Komandamızın müdafiə xəttinə qədər bu səf yerində idi.
Üstəlik, Səlahət Ağayev də tarixi ənənələrə sadiq qalaraq «xilaskar qapıçı» rolunda idi.
Bir iki epizodu saymasaq, o, yeganə futbolçu idi, haqqında «məğlubiyyətə layiq deyildi» ifadəsini işlədə bilərik.
KAMİL

