Qulağın itirilmək təhlükəsi olur, Bordin

25 Fevral 2019 19:48 Köşə 1 048
Qulağın itirilmək təhlükəsi olur, Bordin

Bunu Moldovadan tutub gətirmişdilər ki, qaragünlü “Neftçi”ni ağ günə çıxartsın, komandanı çempion etsin.

Gələndə də hapı-gopu yerə-göyə sığmırdı.

İndi vəziyyət bir qədər qəlizləşib. Daha hapa-gopa basmır. İndi reketciliklə məşğul olmaq keçir ürəyindən. “Neftçi”nin Moldovadan tutulub Azərbaycana gətirilən italyan baş məşqçisi Roberto Bordini deyirəm.

Özünü as məşqçi sayan bu adamın ağzını dünənin uşağı Aftandil Hacıyev “cırdı”. Oyundan sonra üzr istəmək əvəzinə, deyir ki, Hacıyevi “razborka”ya çağırdım, gəlmədi.

“Neftçi”nin elə baş məşqçisi kimi “borzı” olan futbolçusu Baqali Dabo rəqibin ehtiyat skamyasına tərəf tüpürüb. Aftandil Hacıyev də buna qarşılıq verib və Bordinin “razborka” çağırışı ilə üzləşib: "Ona dedim ki, burda çəkiliş var, oyundan sonra gözləyərsən, söhbət edərik”.

Bordin artıq anlamağa başlayıb ki, Azərbaycanda çempion ola bilməyəcək. Elə ona görə də özünü “borzı-borzı” aparır.

“Çempion olacam” vədi ilə gəlib, bu tapşırığı yerinə yetirməyin onun başı, ağlı, istedadı, bacarığı üçün olmadığını anlayıb. Anladığı üçün də “razborka” qurmaq istəyir ki, bəlkə Azərbaycanda bununla xatırlansın.

Xatırlanacaqsan, Bordin, mütləq xatırlanacaqsan.

Amma ağzının daha bir neçə “dünənin uşaqları” tərəfindən “cırılmasını” istəmirsənsə, tüpür dabanına, qaç İtaliyaya, ya da Moldovaya.

Sənin yerin oralardı. Burda sənin “razborka” aparmaq şansın yoxdu. Unutma ki, “razborka”ya gedərkən, qulağın, ən azı, birinin itirilmək təhlükəsi də olur.

Nə qədər ki, nüfuzunu itirib, qulağını itirməyibsən, sürüş burdan, Bordin!

MƏRDİMƏZAR

Store Neftchi
Xəbər Lenti
8 İyul 09:00 Bu da növbəti transfer